İşıqforun yalnız sarı işığı işləyir - Sürücülər çaş-baş salır - VİDEO

Bir neçə yolun kəsişməsindəki işıqforun yalnız sarı işığı işləyir. Görüntülər Sumqayıt şəhərindəki 12-ci mikrorayondandır. Koroğlu küçəsindəki işıqfor yalnız xəbərdaredici sarı işıqdan ibarətdir. Sürücülər deyirlər ki, kəsişmədə işıqforun bu cür işləməsi düzgün deyil. Çünki, bu həm sürücülərə, həm də piyadalara çətinlik yaradır. Hətta vəziyyət o yerə çatıb ki, sürücülər bu yolda sağa dönərkən qəza halları ilə də rastlaşıblar.
Sürücülərin sözlərinə görə, illər öncə qoyulan işıqfor hər zaman yaxşı vəziyyətdə olub. Lakin son vaxtlar həftəsonları işıqforun yalnız xəbərdaredici sarı işığı işləyir.
Məsələ ilə bağlı Sumqayıt şəhər Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsindən "Xəzər Xəbər"ə bildirildi ki, işıqfor həmin ərazidə tam qanuna uyğun olaraq nizamlanıb. Həmişə də normal qaydada işləyir. Yalnız şənbə və bazar günləri ərazidə Kənd təsərrüfatı məhsullarının satış yarmarkası təşkil edildiyi üçün bu cür fəaliyyət göstərməsi nəzərdə tutulub.
Azərbaycanda polis rəisinin müavini faciəli şəkildə öldü
Bakıda dərs saatının dəyişdirilməsi tıxaca çarə ola bilər? - VİDEO
Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
Taksi 5 manat göstərir, sonda 9 manat çıxır – Cibimizdən pul necə gedir?
Payızda sürücülərə 7 tövsiyə: sonra bahalı xərcə düşməyin
18 oktyabr ilə bağlı sürücülərə XƏBƏRDARLIQ
Prezidentdən Valeh Ələsgərovla bağlı SƏRƏNCAM
Bu yolda nəqliyyatın hərəkətinə məhdudiyyət tətbiq ediləcək
Yük maşını sürücüləri qəza törətməmək üçün bu qaydalara əməl etməlidir – XƏBƏRDARLIQ
Kreditlə avtomobil alanların diqqətinə - Bu risk var
Bu şəxslərə əməkhaqqı ilə bağlı MÜHÜM XƏBƏR - RƏSMİ












