İki helikopter havada toqquşdu - Ölənlər var - FOTOLAR

ABŞ-nin Oreqon ştatında hava limanı yaxınlığında iki helikopterin havada toqquşaraq əkin sahəsinə düşməsi nəticəsində 3 nəfər həyatını itirib. Qəza səbəbindən əsas magistral yollardan biri nəqliyyatın hərəkətinə bağlanıb.
Avtosfer.az xəbər verir ki, Yamhill dairəsinin şerifinin məlumatına görə, hadisə Portlend şəhərinin cənub-qərbindəki Makminvil hava limanı yaxınlığında qeydə alınıb.
Qəza zamanı “Robinson R22” təlim helikopterində olan 22 yaşlı təlimatçı-pilot Məddi Aasbo, Böyük Britaniyadan olan tələbə-pilot və digər “Airbus H125” helikopterinin 38 yaşlı pilotu Tayler Stardevant həlak olublar.
Helikopterlərdən birinin “Jerry Trimble Helicopters” aviasiya məktəbinə məxsus olduğu bildirilir.
Hadisənin səbəbləri Federal Aviasiya Administrasiyası (FAA) və Milli Nəqliyyat Təhlükəsizliyi Şurası (NTSB) tərəfindən araşdırılır. Qəza ilə əlaqədar Dayton şəhəri yaxınlığındakı 233 nömrəli şose və ətraf yollar nəqliyyata bağlanıb, rəsmilər əhalini ərazidən uzaq durmağa çağırıb.



Piyadanı maşın vurdu, iş məhkəməyə düşdü - Bu dəfə sürücüyə cəza verilmədi
Bakı-Qazax yolunda "Lexus" "KamAZ"a çırpıldı - VİDEO
Bakıda “BYD” ilə toqquşan “Hyundai” səkiyə dırmaşdı - VİDEO
Faciəvi qəzada ölən yeniyetmənin FOTOsu
Bakıda minik maşını yük avtomobilə çırpıldı: ÖLƏN VAR
İki yük avtomobilinin toqquşduğu ərazidə hərəkət bərpa olundu - YENİLƏNİB
Bakıda iki avtomobil toqquşdu, yol nişanı aşdı - VİDEO
Masallıda minik avtomobili yük maşınına çırpıldı: Ölən var - VİDEO
Kəlbəcərdə ər-arvad qəzaya düşdü - Ölən var - FOTO
Qadın sürücü avtobusa yol verməyib qəza törətdi; digərini təhqir etdi - VİDEO - FOTO
Bakıda dəhşətli qəza: “Lada” yük maşınının altında qaldı - VİDEO












