İcarəyə götürdüyü avtomobildən əvvəlki sürücünün MEYİTİ ÇIXDI

İrlandiyanın Kilkenni qraflığında dəhşətli hadisə baş verib: qadın icarəyə götürdüyü avtomobilin baqaj hissəsində öncəki sürücünün çürümüş meyitini tapıb.
Big.az xəbər verir ki, bu barədə "Daily Star" yazır.
Hadsə iyulun 18-də baş verib. "GoCar" servisinin xidmətindən yararlanmaq istəyən qadın avtomobildə bir qədər yol getdikdən sonra maşından pis qoxunun gəldiyini hiss edib, baqaj hissəsinə baxdıqda isə çürüyən cəsədi görərək dəhşətə gəlib.
Araşdırmalar zamanı məlum olub ki, 40 yaşlı kişi avtomobilin daha öncəki sürücüsüdür və hadisədən 2 həftə öncə itkin düşüb.
"GoCar" şirkəti baş verənləri şərh etməkdən imtina edib və yeni müştəriyə təhvil verməzdən əvvəl avtomobilin yoxlanılıb-yoxlanılmadığı barədə sualı cavabsız qoyub.
Kişinin ölüm səbəbi hazırda araşdırılır.
Tahir Qədəşovun kürəkəninə 11 il həbs verildi - “Atlant” müsadirə edildi
Badamdarda torpaq sürüşməsi təhlükəsi - VİDEO
Media və Yayım Şurası Fransadan idarə olunan "YouTube" kanalını ifşa edib
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ












