İcazəsi olan 2 qadına karantin postunda cərimə yazıldı - DYP ARAŞDIRIR
Xəbərlər
24 Avqust 2020 13:05

Bakıdan Gəncəyə gedən şəxsləri Ələt postunda bir polis əməkdaşı buraxmasa da, növbə dəyişəndən sonra digər polis icazə verib. “Qafqazinfo”ya müraciət edən Vəfa İbrahimzadə bildirib ki, avsuqtun 23-ü günorta 13-14 radələrində Gəncəyə gedərkən Ələt postuna yaxınlaşıb: “Öz şəxsi maşınımla gedirdim, yanımda rəfiqəm Arzu Alışova da var idi. Hər ikimizin portaldan icazəsi, yəni ezamiyyəsi var. Sahibkarlıq fəaliyyəti ilə məşğul oluruq. Lakin həmin zaman postda xidmətdə olan polis əməkdaşına ezamiyyə vərəqini göstərsək də, bizə “icazənizin vaxtı bu gün bitib” deyib geri qaytardı. Həm də dedi ki, karantin qaydasını pozduğunuz üçün elektron formada hər birinizə 200 manat cərimə yazdım. Biz maşını Bakı istiqamətində saxlayıb mühasibimizlə danışan zaman 10 BA 947 nömrəli “VAZ” markalı avtomobil bizə yaxınlaşdı və sürücü dedi ki, “hərənizə 50 manat verin, sizi postdan keçirim”. Biz onunla razılaşmadıq və 102-yə zəng etdik. Oradan bizim ad-soyadımızı yoxlayıb dedilər ki, sizin icazəniz var. Biz təkrar posta yaxınlaşanda artıq növbə dəyişmişdi və başqa polis əməkdaşı var idi. O da sistemdə baxdı və dedi ki, icazəniz var, keçə bilərsiniz”. Bizi əsassız olaraq 3 saatdan çox postda saxladılar, amma həmin “VAZ” markalı avtomobil və sürücüsü 3 saat ərzində polislərin yanında dayandı və heç yerə getmirdi. Geri qaytarılan şəxslərə yaxınlaşıb onları pul müqabilində keçirməyi təklif edirdi”.
Baş Dövlət Yol Polisi İdarəsinin mətbuat katibi, polis polkovniki Kamran Əliyev bildirib ki, həqiqətən də həmin şəxslərə İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə 200 manat cərimə yazılıb: “Protokolun hansı əsasla tərtib olunması araşdırılacaq. Əgər qanunsuz bir hal aşkarlanarsa, qərar ləğv olunacaq. Məsələ ilə bağlı araşdırma aparıldıqdan sonra məlumat veriləcək”.
Oxunub : 4750
DİGƏR XƏBƏRLƏR
18 Oktyabr 2026 18:49
Azərbaycanda polis rəisinin müavini faciəli şəkildə öldü
18 Oktyabr 2026 17:45
Bakıda dərs saatının dəyişdirilməsi tıxaca çarə ola bilər? - VİDEO
18 Oktyabr 2026 17:27
Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
18 Oktyabr 2026 15:29
Taksi 5 manat göstərir, sonda 9 manat çıxır – Cibimizdən pul necə gedir?
18 Oktyabr 2026 14:20
Payızda sürücülərə 7 tövsiyə: sonra bahalı xərcə düşməyin
17 Oktyabr 2026 16:36
18 oktyabr ilə bağlı sürücülərə XƏBƏRDARLIQ
17 Oktyabr 2026 15:45
Prezidentdən Valeh Ələsgərovla bağlı SƏRƏNCAM
16 Oktyabr 2026 19:42
Bu yolda nəqliyyatın hərəkətinə məhdudiyyət tətbiq ediləcək
16 Oktyabr 2026 16:00
Yük maşını sürücüləri qəza törətməmək üçün bu qaydalara əməl etməlidir – XƏBƏRDARLIQ
15 Oktyabr 2026 22:45
Kreditlə avtomobil alanların diqqətinə - Bu risk var
15 Oktyabr 2026 18:44
Bu şəxslərə əməkhaqqı ilə bağlı MÜHÜM XƏBƏR - RƏSMİ
15 Oktyabr 2026 18:10
8 müntəzəm marşrutun hərəkəti alternativ küçələrlə təşkil ediləcək
ŞƏRH YAZ












