İcra başçısının müavini 11 ay sonra istefa verdi

İmişli Rayon İcra Hakimiyyəti başçısının müavini Ruslan Məmmədov (Eldaroğlu) vəzifəsindən istefa verib.
Avtosfer.az xəbər verir ki, bu barədə Ruslan Eldaroğlu özü məlumat yayıb.
O, səhhəti ilə əlaqədar öz ərizəsi ilə aprelin 1-dən İmişli RİH başçının müavini - Sоsial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri vəzifəsindən azad olunduğunu bildirib.
Qeyd edək ki, tanınmış jurnalist olan R.Məmmədov “ANS TV” və “Avto FM” radiosunda bir sıra vəzifələrdə işləyib.
O, daha sonra Dövlət Məşğulluq Agentliyinin Media və informasiya təminatı şöbəsində baş mütəxəssis, Azərbaycan Beynəlxalq Avtomobil Daşıyıcıları Assosiasiyasının mətbuat katibi vəzifəsində çalışıb.
2024-cü ilin may ayında İmişli Rayon İcra Hakimiyyəti başçısının müavini – Sоsial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri vəzifəsinə təyin olunmuşdu.
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident












