İcra başçısının sabiq xanım müavini məhkəmə zalında həbs olundu - FOTO

Neftçalanın sabiq icra başçının ictimai-siyasi və humanitar məsələlər üzrə müavini Gültəkin Sadıqova məhkəmə zalında həbs edilib.
Avtosfer.az xəbər verir ki, bu gün Sabunçu Rayon Məhkəməsinin inzibati binasında Neftçala Rayon İcra Hakimiyyətinin (RİH) sabiq başçısı İsmayıl Vəliyev, RİH-nin keçmiş başçısının birinci müavini Vurğun Əkbərov, digər müavini Gültəkin Sadıqova, Memarlıq və Tikinti Şöbəsinin müdiri Vüqar Nağıyev, rayon Təhsil Şöbəsinin müdiri Əjdər Kərimov, Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Anar Cəfərov, rayon Mərkəzi Xəstəxanasının baş həkimi Telman Zahidovun onunla birgə saxlanılan digər vəzifəli şəxslərin məhkəmə prosesi yekunlaşıb.
Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimi Nizami Quliyevin sədrliyi ilə keçirilən prosesdə elan olunan hökmə əsasən, G.Sadıqova 6 il azadlıqdan mərhum edilib. O, məhkəmə zalında həbs olunub.
Prokuror G.Sadıqovaya 8 il 6 ay həbs cəzası istəmişdi.
DTX-nin Neftçala Rayon İcra Hakimiyyətində keçirdiyi əməliyyat zamanı icra başçısı İsmayıl Vəliyev və digər vəzifəli şəxslərlə birgə saxlanılan Gültəkin Sadıqovanın barəsində iltizam qətimkan tədbiri seçilmişdi.
Qeyd edək ki, G. Sadıqova 2020-ci ildə keçirilən növbədənkənar parlament seçkilərində 61 saylı Neftçala seçki dairəsindən Yeni Azərbaycan Partiyasının (YAP) namizədi olub.
Yanğın təhlükəsi olan “Golden Street” bağlandı - FOTO - VİDEO
Ermənistan tender elan etdi - Azərbaycan və Türkiyə ilə sərhəddə dəmir yolu xətti bərpası olunacaq
"Azərbaycan Qazaxıstan və Özbəkistanla yaşıl enerji dəhlizi yaratmaq üzərində işləyir" - İlham Əliyev
Dövlət qurumunda vəzifəli şəxslə bağlı qalmaqal - GÖRÜN NƏLƏR EDİBMİŞ...
Prezident Türkmənistana işgüzar səfər etdi - FOTO - VİDEO
Yağışlı havada piyadaya su sıçratmaq: sürücü hansı halda cərimələnir?
Bu yolda təmir başlayır - Sürücülərin nəzərinə!
40 yaşlı sevgilisi tərəfindən öldürülən 24 yaşlı Fatimənin FOTOSU
Qeyri-neft sektorunun hansı sahələrinə yatırım edilməlidir? - İQTİSADÇI
Bakı limanında daşınan yük miqdarı çoxalması yollarda sıxlığa təsir edə bilər? - EKSPERT
“Sabah hansısa əsgərimiz Azərbaycana keçsə, kimi təhvil verəcəyik?” - Paşinyan













