İcra hakimiyyəti başçının katrtej görüntüləri ilə bağlı açıqlama yaydı - VİDEO

Lənkəran Şəhər İcra Hakimiyyətinin (ŞİH) başçısının rayon ərazisində kortejlə gəzməsi barədə “jurnalist”lərdən birinin səsləndirdiyi fikirlər və iddialar tamamilə cəfəngiyatdır. Təqdim olunan video görüntülər ictimaiyyət arasında süni şəkildə dövlət vəzifəli şəxs barədə mənfi fikir formalaşdırmağa xidmət edir.
Bildiririk ki, ŞİH başçısının yerlərdə əhali ilə keçirilən səyyar görüş-qəbullara bir qayda olaraq rayon rəhbərliyi, hüquq mühafizə orqanlarının rəhbərləri birgə qatılırlar. Belə tədbirlərdən biri də fevral ayının 21-də “Ay lolo” şadlıq sarayında Lənkəran ŞİH başçısının Şiləvar kənd inzibati ərazi dairəsinin sakinləri ilə keçirilib. Təqdim olunan görüntülərdən də diqqətli oxucu aydın müşahidə edir ki, icra başçısı və hüquq mühafizə orqanlarının rəhbərləri öz xidməti avtomobillərində hərəkət edərək səyyar görüş-qəbula qatılırlar. İddia olunduğu kimi icra başçısının kortejlə gəzməsi tamamilə absurddur, qərəz, böhtan xarakteri daşıyan və ictimaiyyət arasında narazılığın yaradılmasına xidmət edən əsassız məlumatdır.
Bir daha media nümayəndələrini, sosial şəbəkə istifadəçilərini əsası olmayan, şəxsi təxəyyüllərinin məhsulu olan informasiyaları “həqiqət” kimi təqdim etməklə ictimaiyyət arasında çaşqınlıq və narazılıq yaratmamağa dəvət edirik. Lənkəran ŞİH hər zaman mediaya açıqdır və istənilən informasiyanın dəqiqləşdirilməsində maraqlıdır.
Xatırladırıq ki, əsası olmayan, böhtan və ictimaiyyət arasında dövlət vəzifəli şəxs barədə mənfi fikir formalaşdırmağa xidmət edən informasiyaların, fikirlərin dövrüyyəyə buraxılması qanunvericiliklə hüquqi məsuliyyət yaradır, eyni zamanda, dövlət vəzifəli şəxs bu barədə hüquq mühafizə orqanlarına müraciət etmək hüququna sahibdir.
***
Azərbaycanda icra başçılarının "kiçik padşahlar" adlandırılması havayı deyil. Rayonlara rəhbərlik edən şəxslərin bir çox hallarda özü üçün kiçik "ölkə" qurduğu, öz qaydalarını qoyduğu, özlərini rəhbərlik etdikləri rayonun "prezidenti" kimi apardıqları sirr deyil. Bu qəbildən görüntülər, məlumatlar çox yayılıb.
Bu kimi məsələlərlə gündəmə gələnlərdən biri də Lənkəran rayon İcra Hakimiyyətinin başçısı Taleh Qaraşovdur. Afn.az-ın xəbərinə görə, jurnalist Anar Məmmədov T.Qaraşovun Lənkəranda yerləşən “Ay lolo” şadlıq sarayına kortejlə gəldiyini bildirib. A.Məmmədov bunu əks etdirən videogörüntü də paylaşıb. Həmin görüntünü təqdim edirik:
Əvəz Qocayevin keçmiş kürəkəni həbs olundu: 300 min manatdan artıq dələduzluq
Prezident Qarabağ və Şərqi Zəngəzurdakı nəqliyyat infrastrukturundan danışdı
Bakının iki rayonunda nəqliyyatın hərəkətinə məhdudiyyət qoyulacaq
Avtomobil satışı adı ilə dələduzluq: 600 min manata yaxın ziyan vurdu
Bu gün dəmiryolçuların peşə bayramıdır - VİDEO
İlham Əliyevin sosial şəbəkə hesablarında Hun Manetin səfərinə dair video paylaşılıb - VİDEO
DTX Masazırda avtomobilləri qəsdən yandıranları həbs etdi
Sürücülərin şikayət etdiyi MƏSƏLƏ: Magistral yollarda yeni qayda...
Media və Yayım Şurasından informasiya dalğaları ilə bağlı ÇAĞIRIŞ
18 marşrutun hərəkət sxemi dəyişdirilir
Vilayət Eyvazov iranlı həmkarı ilə görüşüb - FOTO












