İctimai nəqliyyatda çalışmaq istəyən sürücülərin qiymətləndirilməsi aparılır

Gəncə şəhərində ictimai nəqliyyatda çalışmaq istəyən sürücülərin qiymətləndirilməsi aparılır.
Avtosfer.az bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) istinadən xəbər verir.
Məlumata görə, AYNA-nın Təlim-Tədris Mərkəzi tərəfindən Gəncədə ictimai nəqliyyat sahəsində fəaliyyət göstərmək üçün müraciət edən 700-ə yaxın sürücünün bacarıqlarının yoxlanılması həyata keçirilir. İlkin mərhələdə sürücülər hərəkətə başlama, manevretmə və nəqliyyat vasitəsinin yolun hərəkət hissəsində düzgün yerləşdirilməsi, müxtəlif trayektoriyalar üzrə idarəetmə kimi praktiki tapşırıqları yerinə yetiriblər. Yoxlama zamanı müvəffəqiyyət göstərən sürücülər növbəti mərhələdə tibbi yoxlanışdan keçdikdən sonra təlim prosesinə cəlb ediləcəklər.
Bildirilib ki, təlimlərdə sürücülərə avtomobil nəqliyyatı ilə sərnişindaşıma qaydaları, sürücü və sərnişinlərin hüquq və vəzifələri, avtobusların istismarına dair normativ tələblər, ictimai nəqliyyatda davranış mədəniyyəti, sərnişinlərin rahatlığı və təhlükəsizliyini təmin edən idarəetmə üsulları, ekoloji səmərəliliyin artırılması məqsədilə “ekosürmə” texnikası üzrə nəzəri və praktik biliklər veriləcək.
Qeyd edək ki, bu yanaşma sərnişin məmnuniyyətinin yüksəlməsinə və yol hərəkəti təhlükəsizliyinin artırılmasına xidmət edir.
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident












