İctimai nəqliyyatda maskadan istifadə etməyənlərə qarşı REYD

Salyanda ictimai nəqliyyatda tibbi maskadan istifadə etməyən sərnişin və sürücülərin aşkar edilməsi məqsədilə yol polisi əməkdaşları tərəfindən profilaktik tədbirlər davam etdirilir. DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan verilən məlumata görə, Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi bölməsinin əməkdaşları tərəfindən keçirilən belə tədbirlər zamanı ictimai nəqliyyatdan istifadə edən sərnişinlərlə izahedici söhbətlər aparılıb, onlara tənəffüs yollarını qoruyan fərdi vasitələrdən, yəni tibbi maskalardan istifadə etməyin zəruriliyi barədə məlumatlar verilib.Sürücülərlə də profilaktiki söhbətlər aparan yol patrul xidmətinin inspektorları onlara qaydalara ciddi riayət etmələrini tapşırıblar.Həmçinin, profilaktik tədbirlər zamanı taksilərdə şəffaf arakəsmələr quraşdırmayan sürücülər, eləcə də avtomobilin ön oturacağında əyləşən və tibbi maskadan istifadə etməyən sərnişinlər də müəyyən edilib. Bundan əlavə şöbə əməkdaşları tərəfindən rayon ərazisində yerləşən iri ticarət mərkəzlərində və digər qapalı məkanlarda da nəzarət-profilaktiki tədbirlər keçirilib, tibbi maskadan istifadənin zəruriliyi barədə geniş məlumatlar verilib. Qaydaları pozan vətəndaşlar barəsində qanunvericiliyə uyğun tədbirlər görülüb.
Yanğın təhlükəsi olan “Golden Street” bağlandı - FOTO - VİDEO
Ermənistan tender elan etdi - Azərbaycan və Türkiyə ilə sərhəddə dəmir yolu xətti bərpası olunacaq
"Azərbaycan Qazaxıstan və Özbəkistanla yaşıl enerji dəhlizi yaratmaq üzərində işləyir" - İlham Əliyev
Dövlət qurumunda vəzifəli şəxslə bağlı qalmaqal - GÖRÜN NƏLƏR EDİBMİŞ...
Prezident Türkmənistana işgüzar səfər etdi - FOTO - VİDEO
Yağışlı havada piyadaya su sıçratmaq: sürücü hansı halda cərimələnir?
Bu yolda təmir başlayır - Sürücülərin nəzərinə!
40 yaşlı sevgilisi tərəfindən öldürülən 24 yaşlı Fatimənin FOTOSU
Qeyri-neft sektorunun hansı sahələrinə yatırım edilməlidir? - İQTİSADÇI
Bakı limanında daşınan yük miqdarı çoxalması yollarda sıxlığa təsir edə bilər? - EKSPERT
“Sabah hansısa əsgərimiz Azərbaycana keçsə, kimi təhvil verəcəyik?” - Paşinyan












