İki ayda aeroportda 575 minə yaxın ziyarətçi parkinq xidmətindən istifadə edib

2024-cü ilin ilk 2 ayında Heydər Əliyev Beynəlxalq Aeroportunda 575 minə yaxın ziyarətçi parkinq xidmətindən istifadə edib.
Heydər Əliyev Beynəlxalq Aeroportunun Mətbuat xidmətindən Avtosfer.az-a verilən məlumata görə, istifadəçilərin 94,2%-i avtomobillərini qısamüddətli - 2 saata qədər park edib, onların 46%-i gəliş-gediş prosesini sürətləndirmək məqsədilə 15 dəqiqəlik rahat giriş/çıxış imkanından istifadə edib.
Ümumi istifadəçilərin yalnız 0,39%-i uzunmüddətli - 12 saatdan çox parkinqi seçib ki, bu da sürücülərin əksəriyyətinin qısamüddətli parklanmaya üstünlük verdiyini nümayiş etdirir.
Bunu nəzərə alaraq, Bakı aeroportuna daxil olarkən ilk 15 dəqiqə üçün parklanma ödənişi tələb olunmur. Bununla yanaşı, rahatlığı və səmərəliliyi təmin edən xüsusi düşürtmə/götürmə (drop off/pick up) zolaqları ziyarətçilərin ixtiyarındadır.
Xatırladaq ki, Bakı hava limanında parkinq haqqının ödənilməsi prosesinin sadələşdirilməsi məqsədilə yeni rahat üsullar tətbiq edilmişdir. Sürücülər parklanma haqqını “AzParking”, “TezÖdə” və “Birbank” mobil tətbiqləri vasitəsilə onlayn ödəyə, həmçinin hava limanında terminallar vasitəsilə nağd və ya nağdsız ödənişdən istifadə edə bilərlər.
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident












