İki itkin-şəhid Xocalıda dəfn olundu

Birinci Qarabağ müharibəsində Xocalı uğrunda gedən döyüşlərdə şəhid olan hərbçilər Hüseynov Çingiz Usub oğlu və Qəmbərov Səfər Qarsalan oğlunun nəşlərinin qalıqları bu gün Xocalı Şəhidlər xiyabanında dəfn edilib.
Avtosfer.az xəbər verir ki, hər iki şəxs Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab edilib. Onların nəşinin qalıqları 33 il sonra Xocalı ərazisində aparılan tikinti işləri zamanı aşkarlanıb.
Mərasimdə Rayon İcra Hakimiyyətinin, hüquq-mühafizə orqanlarının rəhbərləri, Müdafiə, Daxili İşlər, Fövqəladə Hallar nazirliklərinin əməkdaşları, şəhid ailələri, müharibə iştirakçıları və rayon ictimaiyyəti iştirak ediblər.
Qeyd edək ki, şəhidlərin nəşinin qalıqları ötən gün Goranboy rayonunda müvəqqəti məskunlaşan ailələrinə təhvil verilib və orada vida mərasimi keçirilib.
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident












