İki kəndin yol problemi: qışda palçıq, yayda toz - FOTO

Ağsu rayonunun Ərəbuşağı və Ağalarbəyli kəndlərinin yolları yarasız vəziyyətdədir.
Beş minə yaxın əhalisi olan yaşayış məntəqələrinin yolları qışda palçıq, yayda həddin artıq tozlu olur.
Sakinlər bildirib ki, yolların yarasız vəziyyətdə olması təcili tibbi yardım maşınlarının, sürücülərin hərəkətinə maneə törədir, şagirdlərin məktəbə gediş-gəlişinə çətinlik yaradır.
Kənd sakini Nəbi Fərəcov açıqlamasında sözügedən yolların uzun müddətdir yararsız olduğunu deyib: "Uşağlarımızı məktəbə qucağımızda və ya maşınla aparıb gətiririk. Çünki bu yolda piyada getmək mümkün deyil. Yol dərdindən kəndə qonaq da gəlmir. İki kəndin 9 şəhidi var, amma şəhid valideynləri övladlarının məzarını ziyarət etməyə belə gedə bilmirlər".
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin Mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli məsələ ilə bağlı bildirib ki, kəndlərarası avtomobil yollarının yenidən qurulması regionların sosial iqtisadi inkişafı dövlət proqramı çərçivəsində öz həllini tapır:
"Bu proqram çərçivəsində Ağsu rayonu ərazisində irimiqyaslı yol infrastruktur layihələri icra olunub və icrası nəzərdə tutulur. Dövlət proqramı çərçivəsində qeyd etdiyiniz Ərəbuşağı və Ağalarbəyli avtomobil yolu daxil olmaqla ümumilikdə 157 km uzunluğa malik və 39 yaşayış məntəqəsini birləşdirən avtomobil yollarının yenidən qurulması nəzərdə tutulur".
Qurum rəsmisi əlavə edib ki, bu yollardan 25 mindən artıq əhali istifadə edir və dövlət proqramına əsasən maliyyə vəsaiti ayrıldıqca həmin yollar növbəli şəkildə yenidən qurulacaq.
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident

























