İlk üçillik kruiz başlamazdan bir həftə əvvəl ləğv edildi: Buna səbəb nə idi?

İlk üçillik dəniz kruizi başlamazdan cəmi bir həftə əvvəl ləğv edildi.
Məlumata görə, bir neçə həftəlik sükutdan sonra təşkilatçı şirkət gəminin olmadığını etiraf edib və artıq səfər üçün qeydiyyatdan keçmiş şəxslərə pulu qaytaracağına söz verib.
Kruiz gəmisi noyabrın 1-də İstanbuldan yola düşməli idi, lakin bu tarixdən bir müddət əvvəl yola düşmə vaxtı noyabrın 11-ə keçirildi. Gediş nöqtəsi isə Niderlandın Amsterdam şəhərinə dəyişdirildi. Sonra çıxış ikinci dəfə təxirə salındı və noyabrın 30-da elə Amsterdamdan olacağı bildirildi. Lakin noyabrın 17-də - çıxışa iki həftə qalmış - sərnişinlərə kruizin ləğv edildiyi barədə məlumat verildi.
Bu xəbər sərnişinləri çox narahat edib. Məlumdur ki, səfər başlamazdan əvvəl ən azı 111 kayut sifariş edilib. Bu insanların bəziləri hələ də kruizə çıxmaq üçün İstanbuldadır. İndi bir çoxlarının geri qayıdacaq yeri yoxdur. Çünki üç il ərzində yeddi qitəni üzməli olan laynerdə yer bron edərək, öz evlərini satıb və ya uzun müddətə icarəyə verib, həmçinin qalan əmlaklarından qurtulublar.
İndi şirkət qarşıdakı aylarda bir neçə mərhələdə ödədikləri pulu qaytaracağını vəd edir. Şirkət uçuş üçün pulu olmayanlara İstanbuldan evlərinə uçuşları da ödəməyə hazırdır. Ancaq bəzilərinin geri dönməyə yeri yoxdur.
Kruiz niyə ləğv edildi?
Təşkilat şirkəti “Life at Sea Cruises” bu yay başqa bir operator tərəfindən xidmətdən çıxarılan bu kruiz üçün “AIDAaura” laynerini almağı planlaşdırıb. Üçillik səyahətə göndərilməzdən əvvəl onun adını dəyişdirmək və bir az səliqə-sahman etmək lazım gəlib.
Əvvəlcə şirkət sentyabrın sonuna qədər alqı-satqı müqaviləsi bağlamağı planlaşdırıb. Lakin “Sea at Life” dəfələrlə qonaqlara satışın planlaşdırıldığından daha uzun sürdüyünü bildirdiyi altıhəftəlik qeyri-müəyyənlikdən sonra başqa bir şirkət “Celestyal Cruises” 16 noyabrda “AIDAaura”nı satın aldığını açıqlayıb.
“Narahatlığa görə səmimi üzr istədiklərini” bildirən təşkilatçı şirkət, “gəmini əldə elə bilmədiklərinə” görə üçillik kruizin baş tutmayacağını söyləyib. Məlum olub ki, şirkətin özünün müstəqil olaraq kruiz gəmisi almaq üçün vəsaiti çatmayıb.
O, ilkin ödəniş edib, qalanını isə ilkin razılaşmaları olan investorlar ödəməli idi, amma onlar bunu etməkdən boyun qaçırıblar, guya Yaxın Şərqdə baş verən hadisələrə görə. Lakin Fələstinin radikal HƏMAS hərəkatı oktyabrın 7-də, alqı-satqı müqaviləsinin bağlanmalı olduğu tarixdən bir həftə sonra İsrailə hücum edib.
Şirkət bütün bu qeyri-dəqiqlik və izahat boşluqları ilə bağlı jurnalistlərin sorğularına cavab verməyib. Ancaq mesajlarında o, planını daha sonra başqa laynerlə həyata keçirməyi planlaşdırdığını iddia edib.
İlk üçillik kruiz necə olmalı idi?
“Life at Sea Cruises” kruiz şirkəti yeddi qitədə 135 ölkədə 375 limanı əhatə edəcək bir tur planlaşdırmışdı. Turistlər, həmçinin dünyanın 14 möcüzəsindən 13-nə baş çəkə biləcəkdilər. Sərnişinlər iki-üç günlük dayanacaqlarda gecələrin təxminən üçdə birini qurudakı hotellərdə keçirməli olacaqdılar.
Kruiz təşkilatçıları bu turun rəqəmsal “köçərilər” üçün ideal olacağını bildirmişdilər. Buna əsasən, onlar dünyanı gəzə və eyni zamanda işləyə, “kirayəyə” gündə təxminən 80 dollar ödəyə bilərdilər ki, bu da “quruda kirayədən daha ucuzdur”.
Turun qiymətinə nahar zamanı bütün qida obyektlərinə və spirtli içkilərə giriş, ən müasir sağlamlıq mərkəzi, günəş terrası və hovuz, yüksəksürətli internet, əyləncə, “zənginləşmə seminarları” və təmizlik daxil olub. Gəminin 24 saat ərzində pulsuz işləyən xəstəxanası da olmalı idi.
oxu.az
Bu yolda nəqliyyatın hərəkətinə məhdudiyyət tətbiq ediləcək
Yük maşını sürücüləri qəza törətməmək üçün bu qaydalara əməl etməlidir – XƏBƏRDARLIQ
Kreditlə avtomobil alanların diqqətinə - Bu risk var
Bu şəxslərə əməkhaqqı ilə bağlı MÜHÜM XƏBƏR - RƏSMİ
8 müntəzəm marşrutun hərəkəti alternativ küçələrlə təşkil ediləcək
İşini itirənlərin kredit borcunu sığorta ödəyəcək? – İQTİSADÇI
İlham Əliyev Fərman İMZALADI
Əvəz Qocayevin keçmiş kürəkəni həbs olundu: 300 min manatdan artıq dələduzluq
Prezident Qarabağ və Şərqi Zəngəzurdakı nəqliyyat infrastrukturundan danışdı
Bakının iki rayonunda nəqliyyatın hərəkətinə məhdudiyyət qoyulacaq
Avtomobil satışı adı ilə dələduzluq: 600 min manata yaxın ziyan vurdu












