İllərdir təmirsiz qalan yol: AAYDA dözün deyir...

Sabirabad-Şirvan yolunun “Kür qırağı” adlanan hissəsi illərdir təmirsiz vəziyyətdədir. Bir neçə dəfə yolda təmir işləri aparılsa da, bir ay keçməmiş yol əvvəlki vəziyyətinə geri dönür. Xüsusilə qış aylarında vəziyyət daha acınacaqlı olur.
Sakinlər dəfələrlə aidiyyatı qurumlara müraciət etsələr də, heç bir nəticə əldə edə bilməyiblər.
Məsələ ilə bağlı Sabirabad rayon İcra hakimiyyətinə müraciət etsək də, cavab ala bilmədik.
Milli Məclisin 64-saylı Sabirabad ikinci seçki dairəsindən deputatı Ramin Məmmədov Redaktor.az-a açıqlamasında sözügedən problemdən xəbərdar olduğunu bildirib:
“Yolun təmiri ilə bağlı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə (AAYDA) müraciət olunub. Həmin yol magistral yoldur və əsaslı təmirə ehtiyacı var. Əsaslı təmir olunması üçün də investisiya layihəsinə salınmalıdır. Lakin bildiyim qədər ilə 2020-ci ildə həmin yol investisiya lahiyəsinə salınmayıb. Amma düşünürəm ki, növbəti ildə yol əsaslı şəkildə təmir olunacaq”.
AAYDA-nın Mətbuat katibi Anar Nəcəfli həmin yolun əsaslı təmirə ehtiyacı olduğunu bildirib:
“Yolun ümumi uzunluğu 46 km-dir. Onun 10 km-i Şirvan, qalan 36 km-i isə Sabirabad ərazisinə düşür. Şirvan ərazisinə düşən 10 km-lik hissə 2013-2014-cü illərdə yerli icra hakimiyyəti tərəfindən təmir olunub.
Sabirabad ərazisinə düşən hissənin hazırda təmirə ehtiyacı var. Bununla bağlı bizim əməkdaşlar əraziyə baxış keçiriblər, yolun qüsur aktı hazırlanıb və 36 km-lik yol yenidən qurulması nəzərdə tutulan yolların siyahısına daxil edilib. Maliyyə vəsaiti ayrılan kimi yolun yenidən qurulmasına başlanılacaq”, - deyə A. Nəcəfli bildirib.

Sürücü parkinqi bağlamağı unutsa nə baş verir? - AYNA-dan açıqlama
Bakının bu küçəsində hərəkət məhdudlaşdırılır
Sürücülərin nəzərinə: Yollar bağlı olacaq - bu saatlara DİQQƏT EDİN!
Bu qurumda yoxlamalar aparıldı
“28 May”da avtobuslar neçə dəqiqədən bir hərəkət edir? - VİDEO
Azərbaycan XİN-dən Fransanın "səyahət xəbərdarlığı"na sərt reaksiya
Bakının daha iki küçəsində avtobus zolağı təşkil edilir - FOTO
Təbrizli döyüşçü xanımdan azərbaycanca mesaj - VİDEO
Yolda düz xətt qırıq xəttə çevrilib, üç nəfər saxlanılıb - VİDEO
İlham Əliyev sosial şəbəkə hesablarında Şamaxı səfəri ilə bağlı paylaşım edib - VİDEO
Məktəblərdə yeni təhsil modelinin tətbiqi şagirdlərə nə qazandıracaq? - AÇIQLAMA











