İmişlidə 11 yaşlı qızın uşaq dünyaya gətirməsinin TƏFƏRRÜATLARI - VİDEO

İmişlidə 11 yaşlı qızın uşaq dünyaya gətirməsi ilə bağlı bəzi detallar məlum olub.
Baku TV-nin əməkdaşları azyaşlının ailəsində olub. Bildirilib ki, Günay Şükürova 27 oktyabr tarixində qızını götürərək, qayınatası evinə gəlib və orada bildirib ki, qızının qarnına su yığılıb, onu həkimə aparmaq lazımdır.
Bundan sonra azyaşlının nənəsi Sənubər xanım qızını götürərək, həkimə gediblər və orada məlum olub ki, 11 yaşlı qız 31 həftəlik hamilədir.
Araşdırma zamanı məlum olub ki, 11 yaşlı qızın anası Günay Şükürovanın həyat yoldaşı Şamxal Şükürov bir neçə il əvvəl vəfat edib. Bundan sonra qadın rayon sakini Qurban Fərəcov adlı şəxslə qeyri-rəsmi birgə yaşamağa başlayıb. Dəhşətli hadisə də bundan sonra baş verib.
"O, bir il beş ay bizdə qaldı, burada söz-söhbət olmadı. Getdi atasının evinə, mənim sinif yoldaşım Qurban ona elçi getdi, aldı. Yaxın vaxtlarda bilmişik ki, qızı zorlayıb. Dünən uşaq dünyaya gətirib. İndi uşağın harada qalması sual altındadır. Ana tərəfi istəmir, ata tərəfi istəmir”, - bu sözləri qızın əmisi Sabutay Şükürov bildirib.
Araşdırma zamanı o da məlum olub ki, Q.Fərəcov azyaşlını bir neçə dəfə zorlayıb.
S.Şükürov qeyd edib ki, anası bilərəkdən hadisəni gizlədib.
Qeyd edək ki, faktla bağlı İmişli Rayon Prokurorluğu tərəfindən cinayət işi açılıb, araşdırma aparılır.
Yanğın təhlükəsi olan “Golden Street” bağlandı - FOTO - VİDEO
Ermənistan tender elan etdi - Azərbaycan və Türkiyə ilə sərhəddə dəmir yolu xətti bərpası olunacaq
"Azərbaycan Qazaxıstan və Özbəkistanla yaşıl enerji dəhlizi yaratmaq üzərində işləyir" - İlham Əliyev
Dövlət qurumunda vəzifəli şəxslə bağlı qalmaqal - GÖRÜN NƏLƏR EDİBMİŞ...
Prezident Türkmənistana işgüzar səfər etdi - FOTO - VİDEO
Yağışlı havada piyadaya su sıçratmaq: sürücü hansı halda cərimələnir?
Bu yolda təmir başlayır - Sürücülərin nəzərinə!
40 yaşlı sevgilisi tərəfindən öldürülən 24 yaşlı Fatimənin FOTOSU
Qeyri-neft sektorunun hansı sahələrinə yatırım edilməlidir? - İQTİSADÇI
Bakı limanında daşınan yük miqdarı çoxalması yollarda sıxlığa təsir edə bilər? - EKSPERT
“Sabah hansısa əsgərimiz Azərbaycana keçsə, kimi təhvil verəcəyik?” - Paşinyan












