İmişlidə İcra Hakimiyyəti adından sahibkarlardan pul tələb etdilər: "Sən azərbaycanlı deyilsən?"

İmişlidə rayon İcra Hakimiyyəti adından sahibkarlardan yaralı əsgərlərə yardım adı altında pul tələb ediblər.
Avtosfer.az Avropa.info-ya istinadən xəbər verir ki, bu gün səhər saatlarında İmişli Rayon İcra Hakimiyyətinin başçısı Elçin Rzayev bazar və bazar ətrafı ticarət və iaşə obyektlərinə baxış keçirib.
İcra başçısı ərazini tərk etdikdən sonra özünü icra hakimiyyətinin əməkdaşı kimi təqdim edən bir qrup şəxs bazar ətrafı ticarətlə məşğul olan sahibkarlardan "yaralı əsgərlərə yardım" adı altında 100-300 manat arası pul tələb ediblər. Pulu verməkdən imtina edən sahibkara isə "sən azərbaycanlı deyilsən?" deməkdən də çəkinməyiblər.
Məsələ ilə bağlı İmişli rayon icra hakimiyyətinin mətbuat xidməti ilə əlaqə saxladıq. İcra hakimiyyətindən məsələdən xəbərsiz olduqlarını və araşdırıb ətraflı məlumat veriləcəyi bildirildi.
Azərbaycanda polis rəisinin müavini faciəli şəkildə öldü
Bakıda dərs saatının dəyişdirilməsi tıxaca çarə ola bilər? - VİDEO
Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
Taksi 5 manat göstərir, sonda 9 manat çıxır – Cibimizdən pul necə gedir?
Payızda sürücülərə 7 tövsiyə: sonra bahalı xərcə düşməyin
18 oktyabr ilə bağlı sürücülərə XƏBƏRDARLIQ
Prezidentdən Valeh Ələsgərovla bağlı SƏRƏNCAM
Bu yolda nəqliyyatın hərəkətinə məhdudiyyət tətbiq ediləcək
Yük maşını sürücüləri qəza törətməmək üçün bu qaydalara əməl etməlidir – XƏBƏRDARLIQ
Kreditlə avtomobil alanların diqqətinə - Bu risk var
Bu şəxslərə əməkhaqqı ilə bağlı MÜHÜM XƏBƏR - RƏSMİ












