İngiltərədə fövqəladə vəziyyət elan olundu

İngiltərədə fövqəladə vəziyyət elan olunub.
Buna səbəb isti hava durumu olub.
Belə ki, Britaniya meteorologiya orqanları ölkə daxilində temperaturun 40 dərəcəyə çatacağını bildirərək, daxili bölgələr üçün ilk dəfə ən yüksək siqnal olan "qırmızı xəbərdarlıq" edib. Buna uyğun olaraq, dəmir yollarında sürət məhdudiyyətlərinin olduğu, məktəblərin vaxtından əvvəl bağlandığı və xəstəxana görüşlərinin ləğv edildiyi bildirilib. Asfalt yollarda əriməni azaltmaq üçün qumun səpilməsinin nəzərdə tutulduğu vurğulanıb.
Digər tərəfdən İspaniya, Portuqaliya və Fransada 40 dərəcədən yuxarı temperatur səbəbiylə meşə yanğınlarının davam etdiyi vurğulanıb. İspaniyanın meteorologiya orqanları (AEMET) ölkədə temperaturun bazar ertəsindən etibarən nisbətən aşağı düşməyə başlayacağı, lakin temperaturun Kataloniya sahillərində, yarımadanın cənub-şərqində, La Korunada 35-36, Guadiana və Mino de Orense vadilərində 44 dərəcədən yuxarı olacağı barədə xəbərdarlıq edib. Baş nazir Pedro Sançes ölkənin həddindən artıq istilərdən risk altında olduğunu açıqlayıb. Ekologiya Nazirliyi ölkənin su ehtiyatlarının 44,4 faiz dolu olduğunu vurğulayıb. Fransa meteorologiya rəsmiləri həftə sonu Aralıq dənizi sahillərində 36-40 dərəcə isti gözlənildiyini, havada rütubətin aşağı səviyyədə qalacağını bildiriblər. Qeyd edilib ki, meşə yanğınları nəticəsində ölkədə 7 min hektardan çox meşə sahəsi kül olub və yanğınla mübarizəyə 1000 yanğınsöndürən, 9 yanğınsöndürən təyyarə cəlb olunub. İsti dalğanın çərşənbə axşamına qədər davam edəcəyi gözlənilir.(Sfera.az)
Piyadaları təngə gətirən eskalator problemi - VİDEO
“Memar Əcəmi” – “28 May” arasında da ekspress avtobus xətti açılacaq? - AÇIQLAMA
Erməni bacılar "Formula-1" üçün Bakıya gəlibmişlər - VİDEO
İlham Əliyev "ADEX 2026" və "Securex Caspian" sərgiləri ilə tanış olub - FOTO
Metroda pulsuz gediş digər stansiyalarda da tətbiq oluna bilər? - RƏSMİ AÇIQLAMA
Yollarda at oynadan skuterləri bu qədər CƏRİMƏ gözləyir
Sərnişinlərin NƏZƏRİNƏ: "28 May" və "Şamaxinka"da dəyişiklik - FOTO
Şuşada maşın minaya düşdü: Xəsarət alan var
Hava ilə bağlı XƏBƏRDARLIQ: Sulu qar yağacaq
General-leytenant şəhid anaları ilə görüşdə ağladı - VİDEO
Türkiyədə Azərbaycan əleyhinə informasiya kampaniyasının iştirakçıları müəyyənləşdiriləcək












