İran ABŞ-ın aviadaşıyıcı gəmilərini məhv edə bilər

İran ABŞ-ın aviadaşıyıcı gəmilərini sıradan çıxarıb batırmağa qadirdir.
Bunu Təhlükəsizlik Siyasəti Mərkəzinin analitiki və İsrailin Reyxman Universitetinin keçmiş tədqiqatçısı Maya Karlin “1945” resursunda dərc edilən məqaləsində bildirib.
“SEPAH arsenalını genişləndirmək və təkmilləşdirmək məqsədilə son illər səylərini gücləndirib. Hazırda İranın artan imkanları onun rəqibləri, o cümlədən Amerika üçün daha böyük təhlükə yaradır”, - deyə Karlin qeyd edib.
Onun sözlərinə görə, İran Hərbi Dəniz Qüvvələrinin sualtı qayıqları təyyarədaşıyan gəminin strukturuna ciddi ziyan vura biləcək torpedalar ilə təchiz olunub. Bundan əlavə, İran daha uzun mənzilli ballistik raketlər hazırlaya bilib və yaxın gələcəkdə ABŞ-dakı hədəflərini vurmağa qadir olacaq.
“ABŞ-ın müdafiə imkanları hər cəhətdən daha yaxşı olsa da, İranın ABŞ Hərbi Dəniz Qüvvələrinin təyyarədaşıyan gəmisini uğurla məhv etməsi ehtimalı istisna edilmir”, - deyə Karlin yekunlaşdırıb.
Bakı-Sumqayıt xəttində "manatlıq maşınlar"a qadağa qoyulmayıb? - AÇIQLAMA
Sürücülərin nəzərinə: Bu yol bağlanır
Ermənistanda Azərbaycan əsgəri saxlanıldı - TƏCİLİ
Azərbaycanda deputatın mandatı ləğv edildi
Beş milyon manatlıq onlayn kazino şəbəkəsinin üzvləri tutuldu - VİDEO
Piyadaları təngə gətirən eskalator problemi - VİDEO
“Memar Əcəmi” – “28 May” arasında da ekspress avtobus xətti açılacaq? - AÇIQLAMA
Erməni bacılar "Formula-1" üçün Bakıya gəlibmişlər - VİDEO
İlham Əliyev "ADEX 2026" və "Securex Caspian" sərgiləri ilə tanış olub - FOTO
Metroda pulsuz gediş digər stansiyalarda da tətbiq oluna bilər? - RƏSMİ AÇIQLAMA
Yollarda at oynadan skuterləri bu qədər CƏRİMƏ gözləyir












