İran İraqa bütün uçuşları ləğv etdi - SƏBƏB

İrandan İraqa bütün uçuşlar bu ölkədə yaranmış xüsusi vəziyyət səbəbindən ləğv edilib.
Avtosfer.az xəbər verir ki, bununla bağlı Tehranın “İmam Xomeyni” hava limanının mətbuat xidməti məlumat yayıb.
“İraqda yaranmış xüsusi vəziyyətə görə və İranın Bağdaddakı səfirliyinin açıqlamasına əsasən, bu ölkəyə bütün uçuşlar müvəqqəti təxirə salınıb”.
Bununla bağlı, İranın Bağdaddakı səfirliyi də Kərbəla və Nəcəf şəhərlərində olan iranlıları İraq hökumətinin tətbiq etdiyi komendant saatı ilə əlaqədar olaraq, Bağdad, Kazımeyn və Samerra şəhərlərinə səfər etməməyə çağırıb.
Qeyd edək ki, İraqda siyasi vəziyyət son dərəcə gərginləşib və hökumət əleyhdarları, xüsusən də Müqtəda Sədr tərəfdarları Bağdaddakı prezident sarayını ələ keçiriblər. Bu, İran və onun şərq qonşularının təxminən beş milyon vətəndaşının Ərbəin yürüşündə iştirak etmək üçün İraqa getməyə hazırlaşdığı bir vaxta təsadüf edir.
Sfera.az
Metroda pulsuz gediş digər stansiyalarda da tətbiq oluna bilər? - RƏSMİ AÇIQLAMA
Yollarda at oynadan skuterləri bu qədər CƏRİMƏ gözləyir
Sərnişinlərin NƏZƏRİNƏ: "28 May" və "Şamaxinka"da dəyişiklik - FOTO
Şuşada maşın minaya düşdü: Xəsarət alan var
Hava ilə bağlı XƏBƏRDARLIQ: Sulu qar yağacaq
General-leytenant şəhid anaları ilə görüşdə ağladı - VİDEO
Türkiyədə Azərbaycan əleyhinə informasiya kampaniyasının iştirakçıları müəyyənləşdiriləcək
Bakı-Astara sərnişin qatarının fəaliyyətə başlayacağı tarix açıqlandı - RƏSMİ
ADY-dən sərnişinlərin rahat hərəkəti üçün təklif - FOTO
Duman yollarda görünüşü məhdudlaşdıracaq
Qubada Rustov-Xanəgah yolunda sürüşmə olub - FOTO












