İran Rusiyaya nota verdi

İran Fars körfəzində öz nəzarətində olan və Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) də suverenlik iddiasında olduğu üç ada ilə bağlı verilən birgə bəyanata reaksiya olaraq Rusiyanın Tehrandakı müvəqqəti işlər vəkilini Xarici İşlər Nazirliyinə çağırıb.
İran Xarici İşlər Nazirliyindən verilən yazılı açıqlamaya görə, Tehranın etiraz notası səfirin olmadığı müddətdə nazirliyə çağırılan Rusiyanın müvəqqəti işlər vəkilinə çatdırılıb.
Bildirilib ki, Fars körfəzindəki üç ada İrana aiddir və bu məsələ ilə bağlı hər hansı tərəfin iddiası qəbuledilməzdir.
Rus diplomat isə İranın ən qısa zamanda öz etirazlarını Moskvaya çatdıracağını bəyan edib.
Qeyd edək ki, dekabrın 20-də Mərakeşdə keçirilən 6-cı Rusiya-Ərəb Forumundan sonra dərc olunan birgə bəyanatda “BƏƏ ilə İran arasında Böyük Tunb, Kiçik Tunb və Əbu Musa adaları ilə bağlı mübahisə beynəlxalq hüquq çərçivəsində və ikitərəfli müzakirələr yolu çərçivəsində həll edilməlidir. Bütün sülhsevər səylərə dəstək" vurğulandı.
İran Xarici İşlər Nazirliyinin dekabrın 21-də verdiyi bəyanatda Tehranın “sözügedən üç ada üzərində suverenliyinin danışıqlara açıq olmadığı” bildirilib.
Ötən gün İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyanla rusiyalı həmkarı Sergey Lavrov arasında məsələ ilə bağlı telefon danışığı olub. (unikal)
Bu şəxslərə əməkhaqqı ilə bağlı MÜHÜM XƏBƏR - RƏSMİ
8 müntəzəm marşrutun hərəkəti alternativ küçələrlə təşkil ediləcək
İşini itirənlərin kredit borcunu sığorta ödəyəcək? – İQTİSADÇI
İlham Əliyev Fərman İMZALADI
Əvəz Qocayevin keçmiş kürəkəni həbs olundu: 300 min manatdan artıq dələduzluq
Prezident Qarabağ və Şərqi Zəngəzurdakı nəqliyyat infrastrukturundan danışdı
Bakının iki rayonunda nəqliyyatın hərəkətinə məhdudiyyət qoyulacaq
Avtomobil satışı adı ilə dələduzluq: 600 min manata yaxın ziyan vurdu
Bu gün dəmiryolçuların peşə bayramıdır - VİDEO
İlham Əliyevin sosial şəbəkə hesablarında Hun Manetin səfərinə dair video paylaşılıb - VİDEO
DTX Masazırda avtomobilləri qəsdən yandıranları həbs etdi












