İran sərhədində 10 kq narkotik götürülüb - FOTO

Avqust ayının 27-də saat 00:05-də Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Horadiz” sərhəd dəstəsinin Füzuli rayonunun Böyük Bəhmənli kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti ərazisindədövlət sərhədində İran İslam Respublikasından Azərbaycan Respublikası istiqamətində hərəkət edən 2 (iki) nəfər naməlum şəxs müşahidə edilib.
Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən Avtosfer.az-a verilən məlumata görə, sərhəd naryadı tərəfindən “Dayan” komandasının verilməsinə və havaya xəbərdarlıq atəşinin açılmasına baxmayaraq, sərhəd pozucuları sərhəd naryadının qanuni tələblərinə tabe olmayaraq hava şəraitinin qaranlıq olmasıvə relyefin mürəkkəbliyindən istifadə edərək geriyə İran ərazisinə qaçıblar.
Ərazidə aparılmış axtarış tədbirləri nəticəsində 1 ədəd bağlamanın içərisində ümumi çəkisi 10 kq 635 qram narkotik vasitəyə (marixuana) bənzər maddə aşkar olunaraq götürülüb.
Faktüzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Metroda pulsuz gediş digər stansiyalarda da tətbiq oluna bilər? - RƏSMİ AÇIQLAMA
Yollarda at oynadan skuterləri bu qədər CƏRİMƏ gözləyir
Sərnişinlərin NƏZƏRİNƏ: "28 May" və "Şamaxinka"da dəyişiklik - FOTO
Şuşada maşın minaya düşdü: Xəsarət alan var
Hava ilə bağlı XƏBƏRDARLIQ: Sulu qar yağacaq
General-leytenant şəhid anaları ilə görüşdə ağladı - VİDEO
Türkiyədə Azərbaycan əleyhinə informasiya kampaniyasının iştirakçıları müəyyənləşdiriləcək
Bakı-Astara sərnişin qatarının fəaliyyətə başlayacağı tarix açıqlandı - RƏSMİ
ADY-dən sərnişinlərin rahat hərəkəti üçün təklif - FOTO
Duman yollarda görünüşü məhdudlaşdıracaq
Qubada Rustov-Xanəgah yolunda sürüşmə olub - FOTO











