İranda vurulan Ukrayna təyyarəsi ilə bağlı 5 ölkə arasında danışıqlar keçirilib

İran Xarici İşlər Nazirliyi (XİN) Ukrayna, Böyük Britaniya, İsveç və Kanada nümayəndə heyətləri ilə Ukrayna təyyarəsinin qəzaya uğramasına dair danışıqlar barədə məlumat yayıb.
Avtosfer.az xəbər verir ki, 8-9 oktyabr tarixlərində Cenevrədə Ukrayna təyyarəsinin qəzaya uğraması ilə bağlı İran İslam Respublikasının nümayəndə heyəti ilə Ukrayna, Britaniya, İsveç və Kanada nümayəndə heyətləri arasında danışıqlar aparılıb.
Bildirilib ki, Cenevrədə keçirilən görüşdə nəticə əldə edilməyib və bu, diplomatik imkanların korlanmasına səbəb olub.
“Ukrayna, Britaniya, Kanada və İsveç hökumətlərinin etirazına görə heç bir hesabat təqdim edilmədi. Görüşün sonunda İran İslam Respublikasının nümayəndə heyəti prinsipal mövqe olaraq qarşılıqlı fəaliyyət və dialoqların davam etdirilməsini vurğuladı və nəticəyə yönəlmiş danışıqlar aparmağa hazır olduğunu bəyan etdi.
Ukrayna təyyarəsinin qəzaya uğraması acı və bədbəxt hadisədir. Ölənlərin əksəriyyəti İran vətəndaşları və uşaqlardır. Biz beynəlxalq öhdəliklərimizi yerinə yetirmişik.
İran İslam Respublikası öz beynəlxalq öhdəliklərindən kənarda hər bir itki üçün 150 min dollar məbləğində pul hesablayıb və indiyə qədər əhəmiyyətli bir məbləğ ödəyib. İndiyədək kompensasiyasını ala bilməyənlər də aidiyyəti orqanlara müraciət etdikdən sonra ən qısa müddətdə vəsaiti ala bilərlər”, - bəyanatda deyilir.
Qeyd edək ki, təyyarə 8 yanvar 2020-ci ildə Tehran hava limanından Kiyevə uçmaq üçün havaya qalxdıqdan qısa müddət sonra qəzaya uğrayıb. Nəticədə 176 nəfər həyatını itirib. Onların arasında Əfqanıstan, Böyük Britaniya, Almaniya, İran, Kanada, Ukrayna və İsveç vətəndaşları olub. 3 gün sonra İran hərbçiləri hərbi obyektin yaxınlığında uçan təyyarəni səhvən vurduqlarını və təyyarəni “düşmən hədəfi” ilə səhv saldıqlarını etiraf ediblər. Tehran qəzanın səbəbləri ilə bağlı texniki hesabat layihəsini Kiyevə təhvil verib. Ukraynanın xarici işlər naziri Dmitri Kuleba bunu fəlakətin əsl səbəblərini gizlətmək cəhdi adlandırıb.
apa
Badamdarda torpaq sürüşməsi təhlükəsi - VİDEO
Media və Yayım Şurası Fransadan idarə olunan "YouTube" kanalını ifşa edib
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO












