İranın Astara dəmiryol terminalı ilə Azərbaycana ixracının həcmi açıqlandı

Ötən İran ilində (21 mart 2023 -19 mart 2024) İranın şimalında yerləşən Gilan vilayətinin Astara dəmiryol terminalı üzərindən məhsul tranziti öncəki illə (21 mart 2022 -20 mart 2023) müqayisədə 36% artıb.
Trend-in məlumatına görə, bunu İranın Şimal Dəmiryol İdarəsinin baş direktoru Qulamhüseyn Vələdi deyib.
Q.Vələdinin sözlərinə görə, ötən İran ilində Astara dəmiryol terminalı ilə tranzitin həcmi təxminən 299 min (298 787) ton təşkil edib.
Vələdi deyib ki, əsasən, un, darı, buğda və arpa, şüşə, ağac və ağac materialları və sair tranzit olunan məhsullardır.
O əlavə edib ki, ötən İran ilində Astara dəmiryol terminalı vasitəsilə Azərbayana təxminən 184 min ton məhsul ixrac olunub. Məhsul ixracı öncəki illə müqayisədə 8% azalıb. Öncəki ildə İranın Azərbaycana Astara dəmiryol terminalı ilə məhsul ixracı 199 min ton təşkil edib.
“İran Astara dəmiryol terminalı ilə Azərbaycana əsasən müxtəlif növ meyvə, soğan, sement, kimyəvi maddələr, keramika, dəmir filizi, mineral sular və sair ixrac edib”, - deyə o qeyd edib.
İranlı rəsmi vurğulayıb ki, ötən ildə İranın Astara dəmiryol terminalı ilə məhsul idxalı təxminən 232 min ton təşkil edib. Bu isə öncəki illə müqayisədə 53% çoxdur. Öncəki ildə İranın Astara dəmiryol terminalı ilə məhsul idxalı təxminən 152 min ton təşkil edib.
Onun sözlərinə görə, İran Astara dəmiryol terminalı vasitəsilə, əsasən un, darı, buğda, arpa, şüşə, ağac və ağac materialları idxal edib.
Bildirək ki, hazırda İranda dəmiryol xətlərinin uzunluğu 14 984 kilometrdir. İranın dəmiryol xətlərində 993 lokomotiv, 29 950 yük vaqonu və 2 178 sərnişin vaqonundan istifadə olunur.
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident












