İraqda iranlı zəvvarları daşıyan avtobusa hücum edildi - VİDEO

İraqda “Sədr” hərəkatı tərəfdarları ilə İrana bağlı proksi qüvvələri arasında baş verən silahlı toqquşmalarla əlaqədar olaraq İran vətəndaşları çarter reysi ilə təcili olaraq ölkələrinə qaytarılıblar.
Bu barədə “Azad İran” “Telegram” kanalı məlumat yayıb.
İranın Aviasiya İdarəsinin rəis müavini bu barədə deyib:
“Hazırda İrandan İraqa bütün uçuşlar müvəqqəti ləğv edilib və İrandan İraqa heç bir uçuş həyata keçirilmir”.
Xatırladaq ki, bir neçə gün əvvəl İraqdakı “Sədr” hərəkatının lideri Müqtəda əs-Sədr siyasətdən getdiyini açıqlamışdı.
Bunun ardınca paytaxt Bağdadda onun tərəfdarları küçələrə çıxıblar.
Son məlumata görə, təhlükəsizlik qüvvələri ilə toqquşmalarda ölənlərin sayı 30-a çatıb, azı 380 nəfər yaralanıb.
İğtişaşlarla əlaqədar İraqda komendant saatı tətbiq olunub.
İraq İranla sərhədini bağlayıb.
Metroda pulsuz gediş digər stansiyalarda da tətbiq oluna bilər? - RƏSMİ AÇIQLAMA
Yollarda at oynadan skuterləri bu qədər CƏRİMƏ gözləyir
Sərnişinlərin NƏZƏRİNƏ: "28 May" və "Şamaxinka"da dəyişiklik - FOTO
Şuşada maşın minaya düşdü: Xəsarət alan var
Hava ilə bağlı XƏBƏRDARLIQ: Sulu qar yağacaq
General-leytenant şəhid anaları ilə görüşdə ağladı - VİDEO
Türkiyədə Azərbaycan əleyhinə informasiya kampaniyasının iştirakçıları müəyyənləşdiriləcək
Bakı-Astara sərnişin qatarının fəaliyyətə başlayacağı tarix açıqlandı - RƏSMİ
ADY-dən sərnişinlərin rahat hərəkəti üçün təklif - FOTO
Duman yollarda görünüşü məhdudlaşdıracaq
Qubada Rustov-Xanəgah yolunda sürüşmə olub - FOTO












