İrəvan Azərbaycanla dəmiryol bərpasını ucuzlaşdırdı

Ermənistanın Azərbaycan və Türkiyəyə gedən dəmir yolu xətlərinin bərpasının dəyəri ilə bağlı hesablamaları son iki ildə kəskin şəkildə dəyişib.
Bu barədə erməni mətbuatı yazıb.
Qeyd olunub ki, Ermənistan maliyyə naziri Vahe Ovannisyan noyabrda verdiyi açıqlamasında “Dünyanın kəsişməsi” layihəsinin təxminən 400-500 milyon dollara başa gələcəyini bildirmişdi.
“Nazirin sözlərinə görə, Razdan-İcevan-Qazax-Ağstafa dəmir yolunun bərpası 318 milyon dollar, Arazdəyən-Horadiz 61.5 milyon dollar və Gümrü-Axuran stansiyası (Türkiyə sərhədi) dəmir yolunun bərpası 8-9 milyon dollara başa gələcək.
2021-ci ilin dekabr - 2022-ci ilin fevral aylarında Ermənistan Ərazi İdarəetmə və İnfrastruktur Nazirliyinin hesablamalarına görə, bu 3 dəmir yolunun bərpası xeyli baha hesablanmışdı. Belə ki, onlar təkcə Razdan-İcevan-Azərbaycan sərhədi sahəsinə 496 milyon dollar xərcləməyi planlaşdırıblar ki, bu da indiki hesablamalardan 1,5 dəfə bahadır.
Arazdəyən-Horadiz dəmir yolunun bərpası indikindən 3,7 dəfə baha - 226 milyon dollar qiymətləndirilirdi. 2022-ci ildə Gümrü-Türkiyə sərhədi hissəsinin bərpası 16,8 milyon dollar həcmində qiymətləndirilirdi ki, bu da hazırkı hesablamalardan təxminən 2 dəfə çoxdur”, - məlumatda qeyd olunub.
axar.az
Media və Yayım Şurası Fransadan idarə olunan "YouTube" kanalını ifşa edib
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO












