İşğaldan azad olunmuş ərazilərin yenidən qurulması üçün 5 milyard manat ayrıldı

İşğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası üçün 2024-cü ilin dövlət büdcəsindən ümumilikdə 5 milyard 345 milyon 700 min manat vəsait ayrılıb.
Avtosfer.az xəbər verir ki, bu, "Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsinin icrası haqqında" qanun layihəsində əksini tapıb.
Sənəddə qeyd olunub ki, həmin vəsaitin 4 milyard 824 milyon manatı və ya 90.2 faizi işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası ilə bağlı nəzərdə tutulmuş məqsədli vəsaitin, 230 milyon manatı və ya 4.3 faizi "Avtomobil yolları" məqsədli büdcə fondunun vəsaitinin, 100 milyon manatı və ya 1.9 faizi xüsusi müdafiə təyinatlı layihələr və tədbirlər üzrə vəsaitin, 191.7 milyon manatı və ya 3.6 faizi dövlət büdcəsinin digər ehtiyatlarından ayrılmış vəsaitin payına düşür.
Həmin vəsaitin 4 865 600 manatı infrastruktur təyinatlı layihələrinin tikintisinə, yenidən qurulmasına (yol infrastrukturlarının layihələndirilməsinə, tikintisinə, yenidən qurulmasına 3 967 200 manat, yeni yaşayış komplekslərinin tikintisi, təmiri, bərpası və ərazidə abadlıq və quruculuq işlərinin həyata keçirilməsinə 497.6 milyon manat, yeni su elektrik stansiyalarının və enerji qovşaqlarının tikintisinə 299.3 milyon manat, kadastr xidmətlərinin həyata keçirilməsinə 18.3 milyon manat sərf olunub.
Bundan başqa, sənaye parklarının fəaliyyətinin təşkili və onların ərazisində infrastrukturun yaradılmasına 50 milyon manat, turizm infrastrukturunun qurulmasına 2.2 milyon manat, bərk məişət tullantıları infrastrukturunun yaradılmasına 7.2 milyon manat, Radio-Televiziya Yayım Stansiyasının tikintisinə 22 milyon manat və digər infrastruktur layihələrinə 1.8 milyon manat), 109.2 milyon manatı ərazilərin minalardan təmizlənməsinə, 16.8 milyon manatı müdafiə və hüquq mühafizə təyinatlı obyektlərinin tikintisinə və təmirinə, 354.1 milyon manatı sosial təyinatlı layihələr (təhsil, səhiyyə, mədəniyyət, idman və bu kimi digər sosial tədbirlərə) üzrə xərclərə yönəlib.
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident












