"İşıq pulu" ilə bağlı şikayətlər böyüyür: Tanınmış simalar da narazılıq edir - FOTO - VİDEO

Son günlər sosial şəbəkələrdə elektrik enerjisi üzrə borcun "şişirdilməsi" iddiaları ətrafında müzakirələr kütləvi hal almağa başlayıb.
Vətəndaşlar “Azərişıq” ASC-nin fəaliyyətindən narazılıqlarını bildirir. Artıq sözügedən məsələ ilə bağlı şikayətlərə tanınmış media nümayəndələri və digər ictimai xadimlər də qoşulub.
Şikayəçilərin əksəriyyəti iddia edir ki, hər ay olduğu kimi enerji sərf etmələrinə baxmayaraq, daha artıq məbləğdə borc yazılıb. Hətta bəzi vətəndaşlar olduğundan 2-3 qat artıq borc yazıldığını söyləyib.
Avtosfer.az “MediaPost”a istinadən xəbər verir ki, şikayətçilərin iddiasına görə, qurum qiymətləri özü dəyişib.
Məsələ ilə bağlı ötən həftə “Azərişıq” ASC-nin mətbuat xidmətinin rəhbəri Vaqif Aydınoğlu “MediaPost”a açıqlama verib. O açıqlamasında bildirib ki, bu cür şikayətlər hər il olur: “Bunlar əsassız məlumatlardır. Qiymətləri sayğac kodları ilə də müəyyənləşdirmək olar. Bunun üçün vətəndaşlar azerishiq.az saytına daxil olaraq bunun vasitəsilə nə qədər sərfiyyat olub və ödənişlərlə bağlı bütün məlumatları əldə edə bilərlər. Bu, tam açıq və şəffaf bir sistemdir”.
Qurum bu iddiaların əsassız olduğunu bildirsə də, hər gün işıq borclarının artıq olması ilə bağlı şikayətlərin sayı artır. Hələ ki, problem öz həllini tapmayıb.
Azərbaycanda polis rəisinin müavini faciəli şəkildə öldü
Bakıda dərs saatının dəyişdirilməsi tıxaca çarə ola bilər? - VİDEO
Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
Taksi 5 manat göstərir, sonda 9 manat çıxır – Cibimizdən pul necə gedir?
Payızda sürücülərə 7 tövsiyə: sonra bahalı xərcə düşməyin
18 oktyabr ilə bağlı sürücülərə XƏBƏRDARLIQ
Prezidentdən Valeh Ələsgərovla bağlı SƏRƏNCAM
Bu yolda nəqliyyatın hərəkətinə məhdudiyyət tətbiq ediləcək
Yük maşını sürücüləri qəza törətməmək üçün bu qaydalara əməl etməlidir – XƏBƏRDARLIQ
Kreditlə avtomobil alanların diqqətinə - Bu risk var
Bu şəxslərə əməkhaqqı ilə bağlı MÜHÜM XƏBƏR - RƏSMİ












