İşıqforda “yatan” sürücülər: Diqqətsizlik yoxsa saymamazlıq? - VİDEO

Yollarda hərəkət iştirakçılarının nizamlı hərəkəti üçün işıqforlar qurulub. Lakin bəzi sürücülər işıqforun qırmızı işığında dayanarkən telefonla məşğul olduğu üçün, sərnişinlə söhbət etdiyi üçün və s. səbəblərdən yaşıl işıqda hərəkətə gec başlayır. Bu da digər nəqliyyat vasitələrinin hərəkətinə mane olur.Həmçinin sıxlıqların yaranmasına gətirib çıxarır.
Avtosfer.az xəbər verir ki, analoji vəziyyət aprelin 19-da Parlament prospektində də baş verib.
Belə ki, 77-XJ-596 qeydiyyat nişanlı “Toyota Prius” və 77-CG-208 “Hyundaı Sonata” markalı avtomobillərinin sürücüsü işıqforun yaşıl işığının yanmasına baxmayaraq hərəkətə bir neçə saniyə sonra başayıb. Bu da geridə dayanan avtomobillərin haqlı narazılığına səbəb olub.
Qeyd edək ki, sadəcə özünü düşünən belə sürücülər yollarda tez-tez müşahidə edilir. Sürücülər məhdud şəraitdə, yəni piyada keçidində piyada varsa, digər nəqliyyat vasitəsi hərəkətini tam icra etməyibsə və s. kimi hallarda yaşıl işıqda dayana bilər. Əksər vaxtlarda isə belə sürücülər arxada dayanan avtomobillərin səs siqnalından sonra hərəkətə başlayır.
Fərid
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident












