İsmayıllıda oğurluq və dələduzluq edən keçmiş məhkum saxlanıldı

İsmayıllı rayonunda oğurluq hadisəsi olub.
Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Şəki regional qrupundan Avtosfer.az verilən məlumata görə, rayonun Eyyubbəyli kəndi ərazisində yerləşən fermer təsərrüfatlarının birindən qoyunların oğurlanması barədə Rayon Polis Şöbəsinə müraciət daxil olub.
Polis əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində 5 baş qoyunu oğurlayan şəxsin Laçın rayon sakini, əvvəllər Cinayət Məcəlləsinin bir neçə maddəsi ilə məhkum olunmuş Yasin Əhmədov olduğu müəyyən edilib və o, şübhəli şəxs qismində saxlanılıb.
Saxlanılan şəxs ifadəsində oğurladığı heyvanları Bakı şəhəri ərazisində satdığını bildirib.
Aparılan araşdırmalarla Y.Əhmədovun daha bir cinayət əməlinin üstü açılıb. Belə ki, onun Ağsu rayon sakini Lətif İbrahimova məxsus mobil telefonu dələduzluq yolu ilə ələ keçirdiyi məlum olub.
Faktlarla bağlı İsmayıllı Rayon Polis Şöbəsində cinayət işi başlanılıb, istintaq-əməliyyat tədbirləri davam etdirilir.
Bakının iki rayonunda nəqliyyatın hərəkətinə məhdudiyyət qoyulacaq
Avtomobil satışı adı ilə dələduzluq: 600 min manata yaxın ziyan vurdu
Bu gün dəmiryolçuların peşə bayramıdır - VİDEO
İlham Əliyevin sosial şəbəkə hesablarında Hun Manetin səfərinə dair video paylaşılıb - VİDEO
DTX Masazırda avtomobilləri qəsdən yandıranları həbs etdi
Sürücülərin şikayət etdiyi MƏSƏLƏ: Magistral yollarda yeni qayda...
Media və Yayım Şurasından informasiya dalğaları ilə bağlı ÇAĞIRIŞ
18 marşrutun hərəkət sxemi dəyişdirilir
Vilayət Eyvazov iranlı həmkarı ilə görüşüb - FOTO
Bakıda tramvay nəqliyyatının bərpasında Çexiya şirkətlərinin iştirakı Azərbaycana nə qazandıracaq? - AÇIQLAMA
Müdafiə Nazirliyi məlumat yaydı - VİDEO












