İspaniya 20 ədəd “Eurofighter Typhoon” döyüş təyyarəsi alacaq

NATO-nun “Eurofighter” və “Tornado” İdarəetmə Agentliyi (NETMA) 20 yeni nəsil “Eurofighter Typhoon” döyüş təyyarəsinin satışına dair böyük müqavilə imzalayıb. Ordu.az xəbər verir ki, müqavilə çərçivəsində İspaniya 20 ədəd “Eurofighter Typhoon” qırıcıları ilə təchiz ediləcək.
“Halcon” proqramı kimi tanınan bu sifariş İspaniya Hərbi Hava Qüvvələri tərəfindən idarə olunan F-18 təyyarələrinin yerinə 16 tək yerlik və 4 iki yerlik olmaqla cəmi 20 təyyarənin satışını ehtiva edir. Təyyarələr “E-Scan” adlı AESA radarı ilə təchiz ediləcək.
Müqavilə İspaniyanın “Eurofighter” təyyarələrinin sayını 90-na çatdıracaq. Müqavilə üzrə ilk çatdırılma 2026-cı ildə baş tutacaq. 2,043 milyard avro dəyərində satış İspaniya Nazirlər Şurası tərəfindən 14 dekabr 2021-ci ildə təsdiqlənib və müqaviləyə təyyarələr, mühərriklər, simulyator və lazımi dəstək xidmətləri daxildir.
İspaniya Hərbi Hava Qüvvələri 2003-cü ildən “Eurofighter Typhoon” döyüş təyyarələrini iki fərqli bazada idarə edir. Bu müqavilə ilə Kanar adalarında Gando adlı üçüncü aviabaza “Eurofighter” təyyarələri ilə təchiz ediləcək.
İspaniyanın “Eurofighter” təyyarələrinin yığılması, sınaqdan keçirilməsi və çatdırılması “Airbus Getafe” (İspaniya) obyektlərində həyata keçirilib.
“Eurofighter” Böyük Britaniya, İspaniya, Almaniya və İtaliyanı əhatə edən Avropanın ən böyük müdafiə proqramıdır. “Eurofighter” proqramı indiyədək 9 müxtəlif ölkədən 681 təyyarə sifarişi alıb.
Piyadaları təngə gətirən eskalator problemi - VİDEO
“Memar Əcəmi” – “28 May” arasında da ekspress avtobus xətti açılacaq? - AÇIQLAMA
Erməni bacılar "Formula-1" üçün Bakıya gəlibmişlər - VİDEO
İlham Əliyev "ADEX 2026" və "Securex Caspian" sərgiləri ilə tanış olub - FOTO
Metroda pulsuz gediş digər stansiyalarda da tətbiq oluna bilər? - RƏSMİ AÇIQLAMA
Yollarda at oynadan skuterləri bu qədər CƏRİMƏ gözləyir
Sərnişinlərin NƏZƏRİNƏ: "28 May" və "Şamaxinka"da dəyişiklik - FOTO
Şuşada maşın minaya düşdü: Xəsarət alan var
Hava ilə bağlı XƏBƏRDARLIQ: Sulu qar yağacaq
General-leytenant şəhid anaları ilə görüşdə ağladı - VİDEO
Türkiyədə Azərbaycan əleyhinə informasiya kampaniyasının iştirakçıları müəyyənləşdiriləcək












