İsrail HƏMAS silahlılarının məhvi üçün xüsusi mərkəz yaradıb

İsrailin Baş Təhlükəsizlik Xidməti və MOSSAD kəşfiyyat xidməti oktyabrın 7-də yəhudi dövlətinə hücumda iştirak edən HƏMAS yaraqlılarını izləmək və məhv etmək vəzifəsi daşıyan xüsusi əməliyyat mərkəzi yaradıb.
Bu barədə "The Times of Israel" xəbər verib.
Nəşr vurğulayıb ki, yeni komanda mərkəzinin vəzifəsi İsrailə qəfil hücumda iştirak edən və böyük əksəriyyəti mülki şəxslər olan təxminən 1,4 min nəfərin ölümünə səbəb olan HƏMAS-ın “Nuxba” bölməsinin bütün yaraqlılarının müəyyənləşdirilərək məhv etmək olacaq.
Xatırladaq ki, oktyabrın 7-də səhər saatlarında Qəzza zolağından İsrailə raket hücumları başlayıb və eyni zamanda yaraqlı qruplar İsrail hərbçilərinin onlarla döyüşə girdiyi yəhudi dövlətinin ərazisinə daxil olub. Ordu "müharibə hazırlığı vəziyyəti" elan edib və qısa zamanda bu günə qədər davam edən “Dəmir qılınclar” əməliyyatına başlayıb. (report)
Badamdarda torpaq sürüşməsi təhlükəsi - VİDEO
Media və Yayım Şurası Fransadan idarə olunan "YouTube" kanalını ifşa edib
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO












