İsrail ordusu Qəzza zolağında HƏMAS-ın 10 hədəfini vurub

İsrail ordusu Qəzza zolağında HƏMAS-ın 10 hədəfini, o cümlədən kəşfiyyat qərargahını və radikal hərəkatla əlaqəli iki bankı vurub.
Bu barədə İsrail Ordusunun mətbuat xidməti məlumat yayıb.
“Bir müddət əvvəl İsrail Müdafiə Ordusu HƏMAS təşkilatının 10 hədəfinə zərbələr endirib. Hədəflər Qəzza zolağında təşkilatının istifadə etdiyi çoxmərtəbəli binalarda yerləşib. Onların arasında terror təşkilatına məxsus kəşfiyyat qərargahı və HƏMAS hava qüvvələrinin istifadə etdiyi hərbi kompleksə hücum edilib. Paralel olaraq, İsrail ordusu terrorizm üçün vəsait toplamaq məqsədilə istifadə olunan HƏMAS təşkilatına məxsus iki banka zərbə endirib”, - deyə məlumatda bildirilir.
Mətbuat xidməti həmçinin qeyd edib ki, bundan əlavə, İsrail Müdafiə Ordusu Qəzza şəhərində “İslami Cihad” təşkilatının hava qüvvələrinin istifadə etdiyi silah istehsalı obyektinə, həmçinin təşkilatının silah və hərbi texnika saxladığı ofis və anbarların yerləşdiyi binaya zərbələr endirib. (oxu.az)
Taksi 5 manat göstərir, sonda 9 manat çıxır – Cibimizdən pul necə gedir?
Payızda sürücülərə 7 tövsiyə: sonra bahalı xərcə düşməyin
18 oktyabr ilə bağlı sürücülərə XƏBƏRDARLIQ
Prezidentdən Valeh Ələsgərovla bağlı SƏRƏNCAM
Bu yolda nəqliyyatın hərəkətinə məhdudiyyət tətbiq ediləcək
Yük maşını sürücüləri qəza törətməmək üçün bu qaydalara əməl etməlidir – XƏBƏRDARLIQ
Kreditlə avtomobil alanların diqqətinə - Bu risk var
Bu şəxslərə əməkhaqqı ilə bağlı MÜHÜM XƏBƏR - RƏSMİ
8 müntəzəm marşrutun hərəkəti alternativ küçələrlə təşkil ediləcək
İşini itirənlərin kredit borcunu sığorta ödəyəcək? – İQTİSADÇI
İlham Əliyev Fərman İMZALADI












