"İstərdim edam cəzasını alan zaman orada iştirak edəm" - Orxan Əsgərovun atası

"Mənim üçün ən vacib oğlumun qatilinin layiqli cəzasını almasıdır, o da cəzasını aldı".
Bu sözləri unikal-a açıqlamasında Azərbaycanın İrandakı səfirliyinə hücum zamanı qətlə yetirilən səfirliyin mühafizə xidmətinin rəisi Orxan Əsgərovun atası Rizvan Əsgərov deyib.
O, qeyd edib ki, bu günü səbirsizliklə gözləyirdi: "Çox şükürlər olsun ki, qatil öz cəzasını aldı. Özüm şübhəsiz ki, istərdim edam cəzasını alan zaman orada iştirak edim. Əvvəlcə İranın tələbi o idi ki, mütləq valideyn iştirak etsin. Mən də razı idim. Ancaq Azərbaycanda ölüm hökümü yoxdur. Qanunlara görə, Azərbaycan vətəndaşı da gedib başqa ölkədə ölüm hökmündə iştirak edə bilməz. Bizdə də müvafiq dövlət orqanları İrana izah elədilər ki, bizdə qanun budur. Yəni, Azərbaycan vətəndaşı bunu icra edə bilməz. Onlar da bununla razılaşdılar. Şübəsiz ki, biz də vəkilimizə və səfirliyin nümayəndəsinə həvalə elədik. Onlar edamda iştirak edib. Mənim üçün vacib olan oğlumun qatilinin layiqi cəzasını alması idi ki, o da aldı. Buna görə də bir daha ölkə başçısı cənab İlham Əliyevə ailəmiz adından təşəkkür edirik".
Qeyd edək ki, Azərbaycanın Tehrandakı səfirliyinə hücum edən Yasin Hüseynzadə ilə bağlı məhkəmənin qərarı ilə edam cəzası icra edilib.
Metroda pulsuz gediş digər stansiyalarda da tətbiq oluna bilər? - RƏSMİ AÇIQLAMA
Yollarda at oynadan skuterləri bu qədər CƏRİMƏ gözləyir
Sərnişinlərin NƏZƏRİNƏ: "28 May" və "Şamaxinka"da dəyişiklik - FOTO
Şuşada maşın minaya düşdü: Xəsarət alan var
Hava ilə bağlı XƏBƏRDARLIQ: Sulu qar yağacaq
General-leytenant şəhid anaları ilə görüşdə ağladı - VİDEO
Türkiyədə Azərbaycan əleyhinə informasiya kampaniyasının iştirakçıları müəyyənləşdiriləcək
Bakı-Astara sərnişin qatarının fəaliyyətə başlayacağı tarix açıqlandı - RƏSMİ
ADY-dən sərnişinlərin rahat hərəkəti üçün təklif - FOTO
Duman yollarda görünüşü məhdudlaşdıracaq
Qubada Rustov-Xanəgah yolunda sürüşmə olub - FOTO












