İstixanada narkotik yetişdirən Göyçay sakini saxlanılıb - FOTO

Göyçay Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyatlar zamanı narkotik tərkibli bitkilərin kultivasiyası və narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslər tutulub.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Avtosfer.az-a verilən məlumata görə, rayonun Ləkiçıplaq kəndində yerləşən fərdi yaşayış evinin həyətyanı sahəsində yerləşən istixanada narkotik tərkibli bitkilərin becərilməsi barədə polis şöbəsinə məlumat daxil olub. Həmin ünvan dərhal əməliyyat nəzarətinə götürülüb və keçirilmiş tədbirlər nəticəsində orada çətənə bitkilərinin kultivasiyası ilə məşğul olan şəxsin Adəm Beydullayev olduğu müəyyən edilib.O, şübhəli şəxs qismində saxlanılıb və evinin həyətyanı sahəsindən xüsusi qulluq göstərilməklə yetişdirilən, ümumi çəkisi 75 kiloqram olan 13 ədəd çətənə kolu və 1 kiloqram 500 qrama yaxın marixuana aşkar edilərək götürülüb.
Keçirilən digər əməliyyat nəticəsində isə rayon sakini, əvvəllər məhkum olunmuş Cavad Qasımov saxlanılıb. Onun yaşadığı ünvana baxış keçirilən zaman oradan heroin və qurudulmuş marixuana aşkarlanıb.
Faktlarla bağlı cinayət işləri başlanılıb, istintaq-əməliyyat tədbirləri davam etdirilir.





Prezident fərman imzaladı
Günəşdə iki güclü partlayış qeydə alınıb
İlham Əliyevdən Ələt azad iqtisadi zonası ilə bağlı SƏRƏNCAM
Hamlet Musayevin qızı həbs edildi - Külli miqdarda dələduzluq...
İlham Əliyev ipoteka ilə bağlı fərman imzaladı
Baş nazir qərar imzaladı
Adı biznes və tikinti imperiyası ilə hallanan Baş nazirin korteji – VİDEO
“Yol hərəkəti haqqında” qanun dəyişir - Əli Əsədov QƏRAR İMZALADI
Bakıda toyda qəribə görüntü MÜZAKİRƏ YARATDI - VİDEO
Bakıya gözlənilməz hava GƏLİR: Temperatur belə olmamışdı
Yer kürəsində maqnit fırtınası başlayıb










