İsveçdə yaşayan 11 yaşlı həmyerlimiz kitab yazdı

İsveçdə yaşayan 11 yaşlı azərbaycanlı Zəhra Şükürova kitab yazıb.
Avtosfer.az xəbər verir ki, “Fredenes Följare” (Sülh təqibçiləri) adlanan kitab Ukrayna müharibəsində qaçqın düşən bacı-qardaşdan bəhs edir. Müəllif kitabda əvvəlcə Polşaya, oradan isə İsveçə köçən uşaqların həyatını hekayəyə çevirib. Müəllif diqqəti həm uşaqların sülh istəmələrinə, həm də onların İsveçdə hüzur, firavan həyat tapmalarına çəkib. Kitab İsveç mətbuatında da marağa səbəb olub. Belə ki, müəllif kitabı haqqında İsveçin nüfuzlu media orqanlarına müsahibə verib. Müsahibədə Zəhranın cəmi 4 ildir İsveçdə yaşamasına baxmayaraq, yerli dili səlis bilməsi və bu dildə kitab yazmasına diqqət çəkilib.


Qeyd edək ki, Zəhra Şükürova dörd ildən çoxdur İsveçdə yaşayır. Onun kitaba böyük həvəsi var və oxumağı çox sevir. Müəllif bu kitabı ilə yaşadığı ölkədə ən gənc yazar adına da sahib olub.
60 səhifədən ibarət kitab məhdud sayda dərc edilib və satış üçün nəzərdə tutulmayıb.

Badamdarda torpaq sürüşməsi təhlükəsi - VİDEO
Media və Yayım Şurası Fransadan idarə olunan "YouTube" kanalını ifşa edib
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO












