İtkin düşən Ağdam sakini dronla axtarılır

Ağdam rayonunun itkin düşən sakinin axtarışları davam etdirilir.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan Oxu.Az-a bildirilib ki, iyunun 8-də Ağdam rayon Seyidli kənd sakini Cəsarət Hətəmxanovun itkin düşməsi ilə bağlı Ağdam Rayon Polis Şöbəsinə məlumat daxil olub.
Məlumat daxil olduğu gündən etibarən Rayon Polis Şöbəsinin və Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin əməkdaşları tərəfindən rayon ərazisində axtarış tədbirlərinə başlanılıb. Hazırda itkin düşən şəxsin axtarışları davam etdirilir.
C.Hətəmxanovun işğaldan azad edilmiş və minalardan təmizlənməmiş ərazilərə keçərək itkin düşdüyü ehtimal olunduğu üçün həmin ərazilərdə xüsusi olaraq axtarış tədbirləri aparılır. Mina təhlükəsi və çətin coğrafi relyef nəzərə alınaraq axtarışlarda dronlardan da isdifadə olunur.
Naxçıvanda benzin qıtlığı var? - SOCAR-dan RƏSMİ CAVAB
Məşhur qadın biznesmenlə bağlı QƏRAR EDİLDİ
Vüqar Əliyev və 651 min manat: Bahalı hədiyyələr kimə sifariş edilib?
Vətəndaşlar şəhərdəki eskalatorların işləməməsindən narazıdır - EKSPERT
Tahir Qədəşovun kürəkəninə 11 il həbs verildi - “Atlant” müsadirə edildi
Badamdarda torpaq sürüşməsi təhlükəsi - VİDEO
Media və Yayım Şurası Fransadan idarə olunan "YouTube" kanalını ifşa edib
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı












