Kadırovun 16 yaşlı oğlu yüksək vəzifəyə təyin edildi - FOTO

Çeçenistan rəhbərinin oğlu Adam Kadırov atasının təhlükəsizlik xidmətində məsul vəzifəyə təyin edilib.
Bu barədə vilayət parlamentinin sədri Maqomed Daudov öz “Telegram” kanalında məlumat verib.
“Əziz qardaşım oğlu Adam Kadırov Çeçenistan Respublikası başçısının təhlükəsizlik xidmətində məsul vəzifəyə təyin edilib. Adam böyük Kadırovlar ailəsinin və bütün çeçen xalqının layiqli nümayəndəsi olduğunu praktiki olaraq göstərib və sübut edib. O, güclü, prinsipial xasiyyəti, respublikamız və bütün Vətən üçün faydalı olmaq istəyi ilə seçilir”, – deyə Daudov kişik Kadırovun hansı vəzifəyə təyin olunduğunu dəqiqləşdirmədən yazıb.
Çeçenistanın səhiyyə naziri Adam Alxanov da Adam Kadırovu təbrik edərək, onun Çeçenistan Respublikası başçısının təhlükəsizlik departamentinin rəhbəri vəzifəsinə təyin olunduğunu açıqlayıb.
“Əziz qardaşım Adam Kadırovu Çeçenistan Respublikası rəhbərinin təhlükəsizlik departamentinin rəhbəri vəzifəsinə təyin olunması münasibətilə ürəkdən təbrik edirəm”, - o, “Telegram” kanalında yazıb. (oxu.az)
18 oktyabr ilə bağlı sürücülərə XƏBƏRDARLIQ
Prezidentdən Valeh Ələsgərovla bağlı SƏRƏNCAM
Bu yolda nəqliyyatın hərəkətinə məhdudiyyət tətbiq ediləcək
Yük maşını sürücüləri qəza törətməmək üçün bu qaydalara əməl etməlidir – XƏBƏRDARLIQ
Kreditlə avtomobil alanların diqqətinə - Bu risk var
Bu şəxslərə əməkhaqqı ilə bağlı MÜHÜM XƏBƏR - RƏSMİ
8 müntəzəm marşrutun hərəkəti alternativ küçələrlə təşkil ediləcək
İşini itirənlərin kredit borcunu sığorta ödəyəcək? – İQTİSADÇI
İlham Əliyev Fərman İMZALADI
Əvəz Qocayevin keçmiş kürəkəni həbs olundu: 300 min manatdan artıq dələduzluq
Prezident Qarabağ və Şərqi Zəngəzurdakı nəqliyyat infrastrukturundan danışdı












