"Kasko Butik" və "Camaro" sahibi razılığa gəldi – PUL ÖDƏNDİ

Kasko Butik və Chevrolet Camaro sahibi arasında bir müddət əvvəl başlanan mübahisə sülhlə başa çatıb. Belə ki, bir müddət əvvəl, iyulun 1-də axşam saatlarında Həmid İbrahimovun idarə etdiyi 50-DE-150 nömrəli «Chevrolet Camaro» avtomobili Sumqayıtda işıqforun qırmızı işığında keçərək qəza törədib - «Opel» markalı başqa bir avtomobillə toqquşub.
Qəzada günah «Chevrolet Camaro» sürücüsündə olduğuna (qırmızıda keçib) görə «Opel» avtomobili «Camaro»nun icbari sığortası hesabına təmir edilib. H.İbrahimovun sözlərinə görə, «Opel»ə böyük zərər dəyməyib – təqribən 300 manat. «Chevrolet Camaro»nun icbari sığortası «Azsığorta» şirkətində olduğu üçün bu ödənişdə problem olmayıb. Lakin "Camaro"nun kasko sığortası Kasko Butikdə olub. Kasko Butik ilkin olaraq sürücünü qırmızıda keçməkdə qınayaraq ödəniş etməkdən imtina etmişdi. Lakin uzun çəkişmədən sonra Kasko Butik məhkəmə olmadan . «Chevrolet Camaro»nun sahibinə ödənməli olan 5500 manat kasko sığorta ödənişini həyata keçirib. Bununla da hər iki tərəf arasında yaşanan narazılıq aradan qaldırılıb.
Dövlət əleyhinə çağırışlar edən 7 nəfər beynəlxalq axtarışa verildi
DTX Masazırda avtomobillərin yandırılmasını təşkil edən şəxsi xaricdə yaxaladı
Azərbaycanda polis rəisinin müavini faciəli şəkildə öldü
Bakıda dərs saatının dəyişdirilməsi tıxaca çarə ola bilər? - VİDEO
Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
Taksi 5 manat göstərir, sonda 9 manat çıxır – Cibimizdən pul necə gedir?
Payızda sürücülərə 7 tövsiyə: sonra bahalı xərcə düşməyin
18 oktyabr ilə bağlı sürücülərə XƏBƏRDARLIQ
Prezidentdən Valeh Ələsgərovla bağlı SƏRƏNCAM
Bu yolda nəqliyyatın hərəkətinə məhdudiyyət tətbiq ediləcək
Yük maşını sürücüləri qəza törətməmək üçün bu qaydalara əməl etməlidir – XƏBƏRDARLIQ












