Keçmiş məhkumlar Cəlilabadda 10 kq narkotiklə tutulublar - FOTO

Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində 10 kiloqramdan artıq müxtəlif növ narkotik vasitə və psixotrop maddə aşkarlanaraq qanunsuz dövriyyədən çıxarılıb.
DİN mətbuat xidmətinin Lənkəran regional qrupundan Avtosfer.az-a verilən xəbərə görə, daxil olmuş məlumat əsasında keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakinləri əvvəllər məhkum olunmuş Akşin Qəniyev və Fədail Qəniyev Cəlilabad rayonu ərazisində saxlanılıblar. Keçirilən baxış zamanı onlardan 3 kiloqrama yaxın heroin, 1 kiloqram 240 qram tiryək, 5 kiloqramdan artıq marixuana və 835 qram metamfetamin aşkarlanaraq götürülüb. Araşdırma zamanı müəyyən edilib ki, həmin şəxslər sözügedən narkotik vasitə və psixotrop maddəni xarici ölkələrdən birində yaşayan narkotacir vasitəsilə əldə ediblər və ölkə ərazisində satışını təşkil etməli imişlər. Faktla bağlı Cəlilabad RPŞ-də zəruri istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir.
Metroda pulsuz gediş digər stansiyalarda da tətbiq oluna bilər? - RƏSMİ AÇIQLAMA
Yollarda at oynadan skuterləri bu qədər CƏRİMƏ gözləyir
Sərnişinlərin NƏZƏRİNƏ: "28 May" və "Şamaxinka"da dəyişiklik - FOTO
Şuşada maşın minaya düşdü: Xəsarət alan var
Hava ilə bağlı XƏBƏRDARLIQ: Sulu qar yağacaq
General-leytenant şəhid anaları ilə görüşdə ağladı - VİDEO
Türkiyədə Azərbaycan əleyhinə informasiya kampaniyasının iştirakçıları müəyyənləşdiriləcək
Bakı-Astara sərnişin qatarının fəaliyyətə başlayacağı tarix açıqlandı - RƏSMİ
ADY-dən sərnişinlərin rahat hərəkəti üçün təklif - FOTO
Duman yollarda görünüşü məhdudlaşdıracaq
Qubada Rustov-Xanəgah yolunda sürüşmə olub - FOTO













