Kənd təsərrüfatı naziri yeni stimullaşdırma tədbirlərinin anonsunu verdi

"İqlim dəyişikliyi, yağıntıların azalması dəmyə əkinlərdə məhsuldarlığın aşağı düşməsinin əsas səbəblərindən biridir".
Avtosfer.az report-a istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında kənd təsərrüfatı naziri Məcnun Məmmədov dəmyə əkinlərin sahəsinin nisbətən azalması ilə bağlı sualı cavablandırarkən bildirib.
O qeyd edib ki, dəmyə əkinlərdə məhsuldarlıq ilk növbədə yağıntıların miqdarından asılı olur.
"Dəmyə ərazilərdə orta məhsuldarlığın aşağı düşməsi, əsasən, yağıntıların miqdarının azalması ilə bağlıdır. Başqa bir obyektiv səbəb isə həmin torpaqlarda fasiləsiz olaraq hər il eyni bitkinin becərilməsidir. Növbəli əkinin aparılmaması, torpaqların dincə qoyulmaması torpağın keyfiyyətinə mənfi təsir göstərir, məhsuldarlığı azaldır. Bu ildən başlayaraq torpaqların dincə qoyulmasının stimullaşdırılması istiqamətində müəyyən addımlar atılacaq", - deyə nazir əlavə edib.
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident












