Kestutis Yankauskas Gəncədə həlak olanların yaxınlarına başsağlığı verib

“Əvvəla yaxınlarını itirənlərə başsağlığı vermək istərdim. Hamını bu humanitar atəşkəsə əməl etməyə çağırır və bunun nəticəsində bu cür ölümlərin, yaralanmaların, dağıntıların qarşısının alınacağına ümidvarıq. Bu, danışıqların davamı, münaqişənin sülh yolu ilə həlli üçün bir şansdır”.
Avtosfer.az xəbər verir ki, bu fikirləri Avropa İttifaqının (Aİ) Azərbaycandakı nümayəndəsi Kestutis Yankauskas Ermənistan ordusunun Gəncəyə endirdiyi raket zərbəsinin nəticələrilə tanış olmaq üçün gəldiyi bu şəhərdə jurnalistlərlə görüşü zamanı deyib.
Diplomat dünya birliyinin baş verənləri izləyərək atəşkəsə riayət olunmamasını pislədiyini diqqətə çatdırıb: “Belə şeylər gərək olmasın. İlkin şərtlər olmadan, razılaşdırılmış prinsiplər əsasında danışıqlar masaına oturub münaqişənin həlli yollarını axtarmaq barədə razılıq əldə edilmişdi”.
Xatırladaq ki, oktyabrın 11-də gecə vaxtı, humanitar atəşkəs razılığı əldə olunduqdan sonra cəbhə xəttindən uzaqda yerləşən Gəncə şəhərinə Ermənistan ordusu tərəfindən endirilən raket zərbəsi nəticəsində 9 dinc sakin həlak olub, aralarında uşaqların da olduğu 35 nəfər yaralanıb.
Ermənistan tərəfindən Azərbaycanın dinc şəhər və qəsəbələrinə raket hücumlarına dair faktlarla tanış olmaq üçün bu gün xarici diplomatik korpus nümayəndələri Gəncə şəhərinə gəliblər.
Hansı din xadimlərinin dövlət qulluğunda çalışmasına məhdudiyyət qoyulur? – DEPUTAT
Polad Həşimovun anasının son durumu AÇIQLANDI
Bakıda sürücülərin cərimələnməsinə səbəb olan yol xətlənməsi dəyişdirildi - VİDEO
Naxçıvanda benzin qıtlığı var? - SOCAR-dan RƏSMİ CAVAB
Məşhur qadın biznesmenlə bağlı QƏRAR EDİLDİ
Vüqar Əliyev və 651 min manat: Bahalı hədiyyələr kimə sifariş edilib?
Vətəndaşlar şəhərdəki eskalatorların işləməməsindən narazıdır - EKSPERT
Tahir Qədəşovun kürəkəninə 11 il həbs verildi - “Atlant” müsadirə edildi
Badamdarda torpaq sürüşməsi təhlükəsi - VİDEO
Media və Yayım Şurası Fransadan idarə olunan "YouTube" kanalını ifşa edib
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?












