Kiyev metrosunun fəaliyyəti məhdudlaşır - Səbəb sığınacaqdır...

Ukraynanın paytaxtı Kiyevdə metronun "Demeevskaya" və "Teremki" stansiyaları arasında hərəkət 6 ay müddətinə dayandırılacaq.
Avtosfer.az xəbər verir ki, bu barədə qərar bu gün Kiyev Şəhər Dövlət Administrasiyasının texnogen-ekoloji təhlükəsizlik və fövqəladə hallar üzrə daimi komissiyası tərəfindən qəbul edilib.
Bu, tunel konstruksiyalarının dayanıqlığının itirilməsi təhlükəsi ilə əlaqədar təcili təmirə ehtiyac olması ilə bağlıdır. Belə ki, dekabrın 9-dan etibarən “Demeevskaya”, “Qoloseevskaya”, “Vasilkovskaya”, “Sərgi mərkəzi”, “İppodrom”, “Teremki” metro stansiyaları gecə-gündüz sığınacaq rejimində fəaliyyətini davam etdirəcək və bu hissədə qatarların hərəkəti tam dayandırılacaq.
Sərnişinlərin daşınması üçün dublikat yerüstü nəqliyyat marşrutları təmin ediləcək.
Kiyev Metropoliten Müəssisəsi qeyd edib ki, bu müddət ərzində mütəxəssislər fövqəladə vəziyyətin səbəblərini müəyyən etmək və onların aradan qaldırılması üçün sorğu və tədqiqatlar aparmağı planlaşdırırlar.
Modern.az
Media və Yayım Şurası Fransadan idarə olunan "YouTube" kanalını ifşa edib
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO












