Kiyevdəki “Azərbaycan evi” bağlandı - VİDEO - FOTO

Kiyev şəhərində Ukrayna Azərbaycanlıları Radasının yerləşdiyi "Azərbaycan Evi" 4 aydan artıqdır fəaliyyətini dayandırıb.
Bakupost.az-ın məlumatına görə, bu gün binanın üzərindəki təşkilatın adı sökülüb, binanın qarşısındakı Azərbaycan bayraqları isə yığışdırılıb.
“Azərbaycan Evi”nin bağlanmasına səbəb onun saxlanma xərclərini üzərinə götürən Diasporla iş üzrə Dövlət Komitəsinin bundan imtina etməsidir.
Məsələ ilə bağlı Diasporla İş üzrə Dövlət Komitəsindən bildirilib:
“Ukraynadakı mövcud vəziyyətlə əlaqədar Ukrayna Azərbaycanlıları Radasının Kiyev şəhərində yerləşən ofisinin fəaliyyəti təhlükəsizlik məqsədilə müvəqqəti dayandırılsa da, Rada müharibə şəraitinə uyğun öz aktivliyini qoruyub saxlayıb, yaranmış vəziyyətə müvafiq addımlar atıb, xüsusilə təxliyə proseslərində fəal iştirak edib.
Bundan sonra da ofisin fəaliyyətinin davam etdirilməsi ilə bağlı heç bir problem yoxdur. Ukrayna Azərbaycanlıları Radasının ofisi işlək vəziyyətdədir, hazırda təşkilatın icraçı direktoru və aparat rəhbəri iş başındadırlar.
Yaxın günlərdə təşkilatın mərkəzi ofisinin binasında İdarə Heyətinin toplantısının keçirilməsi planlaşdırılıb”.
Qeyd edək ki, Ukraynadakı Azərbaycan diasporunun baş ofisi 10 il həmin binada yerləşirib. Son zamanlar dünya ictimaiyyətinin diqqət mərkəzində olan, yüzminlərlə soydaşımızın yaşadığı, dünyadakı ən aktiv diasporlarımızdan olan Ukraynadakı Azərbaycan diasporunun mərkəzi qərargahının bağlanması acınacaqlı haldır.
Badamdarda torpaq sürüşməsi təhlükəsi - VİDEO
Media və Yayım Şurası Fransadan idarə olunan "YouTube" kanalını ifşa edib
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO












