KİV: Rusiya iyulun 1-dən Türkiyəyə uçuşları bərpa edə bilər

Rusiyanın koronavirusla mübarizə üzrə Operativ Qərargahı iyulun 1-dən etibarən Türkiyəyə uçuşların bərpası məsələsini nəzərdən keçirir.
Avtosfer.az-ın xəbərinə görə, bu barədə "Forbes" iki mənbəyə istinadən məlumat yayıb.
Bildirilib ki, Rusiyanın cənubundakı kurortlar həddindən artıq yükləndiyindən, bu ölkədə koronavirusun yayılmasını sürətləndirə bilər və belə olan halda səlahiyyətli şəxslər Türkiyəyə uçuşların bərpasına dair qərar verə bilər.
Operativ Qərargahdakı çalışan mənbənin sözlərinə görə, həftədə yeddi reys açıla bilər. Uçuşları hansı aviaşirkətin həyata keçirəcəyi hələlik məlum deyil.
“Qərar verildikdən sonra bununla bağlı əlavə məlumat veriləcək”, - deyə mənbə bildirib.
Qeyd edək ki, Rusiya hökuməti COVID-19-la mübarizə çərçivəsində 15 aprel-1 iyun tarixlərində Türkiyəyə uçuşları dayandırıb. Bu məhdudiyyət daha sonra iyunun 21-dək uzadılıb. Hazırda yalnız həftədə iki dəfə İstanbuldan Moskvaya uçuş həyata keçirilir.
Avtomobil satışı adı ilə dələduzluq: 600 min manata yaxın ziyan vurdu
Bu gün dəmiryolçuların peşə bayramıdır - VİDEO
İlham Əliyevin sosial şəbəkə hesablarında Hun Manetin səfərinə dair video paylaşılıb - VİDEO
DTX Masazırda avtomobilləri qəsdən yandıranları həbs etdi
Sürücülərin şikayət etdiyi MƏSƏLƏ: Magistral yollarda yeni qayda...
Media və Yayım Şurasından informasiya dalğaları ilə bağlı ÇAĞIRIŞ
18 marşrutun hərəkət sxemi dəyişdirilir
Vilayət Eyvazov iranlı həmkarı ilə görüşüb - FOTO
Bakıda tramvay nəqliyyatının bərpasında Çexiya şirkətlərinin iştirakı Azərbaycana nə qazandıracaq? - AÇIQLAMA
Müdafiə Nazirliyi məlumat yaydı - VİDEO
Çindən Azərbaycana avtomobil ixracı kəskin azaldı - VİDEO












