Komando heyəti: “Laçın şəhəri etibarlı müdafiə olunur” - FOTO

“Mən Azərbaycan ordusunun komando birliklərində hərbi xidmət keçməyimdən qürur duyuram”.
Bunu oxu.az-a açıqlamasında Laçın şəhərində xidmət edən Azərbaycan Ordusunun leytenantı Bilal Bayramov deyib.
O bildirib ki, Ali Baş Komandan Prezident İlham Əliyevin əmrinə əsasən bir neçə gün öncə Laçın şəhəri, Zabux və Sus kəndlərinin Azərbaycan tərəfindən nəzarətə götürülməsi əməliyyatında iştirak edib.
“Mən fəxr edirəm ki, həmin əməliyyatda az da olsa payım olub. Laçın şəhəri etibarlı şəkildə müdafiə olunur”, - deyə o əlavə edib.
Bilal Bayramov qeyd edib ki, komando heyəti olaraq istənilən döyüş əmrinə hazırdır.
“Biz indi Laçında xidmət edirik. Şəxsi heyət arasında böyük ruh yüksəkliyi və döyüş ruhu hökm sürür”, - deyə Bilal Bayramov bildirib.
Qeyd edək ki, avqustun 26-da Laçın şəhəri, Zabux və Sus yaşayış məntəqələri Azərbaycan ordusu tərəfindən nəzarətə götürülüb.
Metroda pulsuz gediş digər stansiyalarda da tətbiq oluna bilər? - RƏSMİ AÇIQLAMA
Yollarda at oynadan skuterləri bu qədər CƏRİMƏ gözləyir
Sərnişinlərin NƏZƏRİNƏ: "28 May" və "Şamaxinka"da dəyişiklik - FOTO
Şuşada maşın minaya düşdü: Xəsarət alan var
Hava ilə bağlı XƏBƏRDARLIQ: Sulu qar yağacaq
General-leytenant şəhid anaları ilə görüşdə ağladı - VİDEO
Türkiyədə Azərbaycan əleyhinə informasiya kampaniyasının iştirakçıları müəyyənləşdiriləcək
Bakı-Astara sərnişin qatarının fəaliyyətə başlayacağı tarix açıqlandı - RƏSMİ
ADY-dən sərnişinlərin rahat hərəkəti üçün təklif - FOTO
Duman yollarda görünüşü məhdudlaşdıracaq
Qubada Rustov-Xanəgah yolunda sürüşmə olub - FOTO












