“Konteyner Daşımalarına Nəzarət üzrə Qlobal Proqram” çərçivəsində təlim keçirilir

Ümumdünya Gömrük Təşkilatının Bakıda yerləşən Potensialın Gücləndirilməsi üzrə Avropa Regional Ofisində “Strateji ticarət, cinayət üzrə əməliyyat məlumatı, tranzit və bir nəqliyyat vasitəsindən digərinə malların yüklənməsi ilə bağlı saxtakarlıq və ixrac nəzarəti”nə dair təlim keçirilir.
Avtosfer.az xəbər verir ki,Azərbaycan, Qazaxıstan və Türkmənistan gömrük xidmətlərinin aidiyyəti qurumlarının əməkdaşlarının potensialının inkişaf etdirilməsi, bilik və bacarıqlarının artırılması məqsədilə keçirilən təlim BMT-nin Narkotiklər və Cinayətkarlıq üzrə İdarəsinin və Ümumdünya Gömrük Təşkilatının (ÜGT) birgə layihəsi olan “Konteyner Daşımalarına Nəzarət üzrə Qlobal Proqram” çərçivəsində təşkil olunub.
Təlimin açılış mərasimində Dövlət Gömrük Komitəsi sədrinin müavini, gömrük xidməti general-leytenantı Əsgər Abdullayev, BMT-nin Narkotiklər və Cinayətkarlıq üzrə İdarəsinin ekspertləri Adam Baçellor, Ercan Saka, “Konteyner Daşımalarına Nəzarət üzrə Qlobal Proqramı”nın hər üç ölkə üzrə milli əlaqələndiriciləri və nəzarət qruplarının üzvləri iştirak edib.
5 gün davam edəcək təlim çərçivəsində ekspertlər tərəfindən strateji malların ticarətində milli fəaliyyətin tənzimlənməsi, embarqo və sanksiyaların icmalı, strateji ticarətin ixrac nəzarəti və tranzit daşımalar sahəsində hüquqpozmalar, bir nəqliyyat vasitəsindən digərinə malların yüklənməsi sahəsində hüquqpozmalar, əməliyyat məlumatlarının istifadəsi və digər mövzularda təqdimatlar nümayiş etdiriləcək, milli və qabaqcıl ölkələrin təcrübələrinə dair məlumatlar veriləcək.


Badamdarda torpaq sürüşməsi təhlükəsi - VİDEO
Media və Yayım Şurası Fransadan idarə olunan "YouTube" kanalını ifşa edib
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO












