“Konteyner Daşımalarına Nəzarət üzrə Qlobal Proqram” çərçivəsində təlim keçirilir - FOTO

Ümumdünya Gömrük Təşkilatının Bakıda yerləşən Potensialın Gücləndirilməsi üzrə Avropa Regional Ofisində “Strateji ticarət, cinayət üzrə əməliyyat məlumatı, tranzit və bir nəqliyyat vasitəsindən digərinə malların yüklənməsi ilə bağlı saxtakarlıq və ixrac nəzarəti”nə dair təlim keçirilir.
Avtosfer.az xəbər verir ki, Azərbaycan, Qazaxıstan və Türkmənistan gömrük xidmətlərinin aidiyyəti qurumlarının əməkdaşlarının potensialının inkişaf etdirilməsi, bilik və bacarıqlarının artırılması məqsədilə keçirilən təlim BMT-nin Narkotiklər və Cinayətkarlıq üzrə İdarəsinin və Ümumdünya Gömrük Təşkilatının (ÜGT) birgə layihəsi olan “Konteyner Daşımalarına Nəzarət üzrə Qlobal Proqram” çərçivəsində təşkil olunub.
Təlimin açılış mərasimində Dövlət Gömrük Komitəsi sədrinin müavini, gömrük xidməti general-leytenantı Əsgər Abdullayev, BMT-nin Narkotiklər və Cinayətkarlıq üzrə İdarəsinin ekspertləri Adam Baçellor, Ercan Saka, “Konteyner Daşımalarına Nəzarət üzrə Qlobal Proqramı”nın hər üç ölkə üzrə milli əlaqələndiriciləri və nəzarət qruplarının üzvləri iştirak edib.
5 gün davam edəcək təlim çərçivəsində ekspertlər tərəfindən strateji malların ticarətində milli fəaliyyətin tənzimlənməsi, embarqo və sanksiyaların icmalı, strateji ticarətin ixrac nəzarəti və tranzit daşımalar sahəsində hüquqpozmalar, bir nəqliyyat vasitəsindən digərinə malların yüklənməsi sahəsində hüquqpozmalar, əməliyyat məlumatlarının istifadəsi və digər mövzularda təqdimatlar nümayiş etdiriləcək, milli və qabaqcıl ölkələrin təcrübələrinə dair məlumatlar veriləcək.
İlham Əliyev müraciət ünvanladı
Onlar Bakıya buraxılmayacaq - QƏRAR
Yollarda görünüş məsafəsi 800 metrədək məhdudlaşacaq
Bakıda fəaliyyət göstərən taksi Sumqayıta getsə cərimələnəcək? - VİDEO
Poti-Bakı ekspres blok-qatarı yola salındı - FOTOLAR
Kamran Əliyev Abşeronun prokurorunu işdən çıxardı - FOTO
Prezident sərancam imzaladı - Şahin Bağırovun rütbəsi artırıldı
Prezident İlham Əliyev onları təltif etdi - SƏRƏNCAM
ADY sədri gürcü həmkarı ilə görüşdü - FOTOLAR
Bakının mərkəzi prospektində AVTOBUS ZOLAĞI LƏĞV OLUNUR? - VİDEO
Yenicə vəzifə verilmişdi, işdən ÇIXARILDI












