Koronavirusdan sağalan vətəndaş danışdı - Qorxmayın... - VİDEO

Koronavirusa yoluxmuş İsmayıllı sakini Naibə İbrahimova sağalaraq evinə qayıdıb. O, bu müddət ərzində yaşadıqlarını və keçirdiyi hissləri bölüşüb. Üzünü vətəndaşlara tutaraq deyir ki, indiki vəziyyətdə hər bir kəs məsuliyyətli olmalıdır.Naibə İbrahimova İsmayıllı rayon mərkəzi xəstəxanasının təcili yardım şöbəsinin kiçik tibb işçisidir. O, bir müddət öncə koronavirusa yoluxub. Ancaq qısa müddətdə sağalaraq evə buraxılıb. Naibə İbrahimova özündə "COVID-19"un əlamətlərini hiss edən kimi həkimə müraciət edib.
Naibə İbrahimova Ağdaş Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriləndən sonra həkimlər onu müalicə etməklə yanaşı, ona psixoloji dəstək də göstəriblər.
İndi evdə 14 gün müddətinə karantin rejimində olan Naibə İbrahimova həkimlərin tövsiyələrinə ciddi əməl edir.
Naibə İbrahimova xidmət göstərdiyi müddətdə yoluxan insanla təmasda olduğu üçün virusun ona keçdiyini güman edir. O, vətəndaşları COVID-19-a yoluxmamaq üçün məsuliyyətli olmağa və həkimə müraciət etməkdən qorxmamağa çağırır..
Azərbaycanda polis rəisinin müavini faciəli şəkildə öldü
Bakıda dərs saatının dəyişdirilməsi tıxaca çarə ola bilər? - VİDEO
Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
Taksi 5 manat göstərir, sonda 9 manat çıxır – Cibimizdən pul necə gedir?
Payızda sürücülərə 7 tövsiyə: sonra bahalı xərcə düşməyin
18 oktyabr ilə bağlı sürücülərə XƏBƏRDARLIQ
Prezidentdən Valeh Ələsgərovla bağlı SƏRƏNCAM
Bu yolda nəqliyyatın hərəkətinə məhdudiyyət tətbiq ediləcək
Yük maşını sürücüləri qəza törətməmək üçün bu qaydalara əməl etməlidir – XƏBƏRDARLIQ
Kreditlə avtomobil alanların diqqətinə - Bu risk var
Bu şəxslərə əməkhaqqı ilə bağlı MÜHÜM XƏBƏR - RƏSMİ












