Körpəsini binadan atan qadın onu tualetdə dünyaya gətiribmiş... - FOTO

Bu ilin 18 yanvar tarixində Abşeron rayonu, Masazır qəsəbəsində yeni doğulmuş körpəsini qətlə yetirməkdə təqsirli bilinən 1994-cü il təvəllüdlü T.Əkbərovanın məhkəməsi başa çatıb.
“Qafqazinfo” xəbər verir ki, Abşeron Rayon Məhkəməsində keçirilən prosesdə T.Əkbərova Cinayət Məcəlləsinin 121-ci (Ananın yeni doğduğu uşağı qəsdən öldürməsi) maddəsi ilə təqsirli bilinib.
Bildirilib ki, həmin gün T.Əkbərova evin sanitar qovşağında təbii yolla diri dünyaya gətirdiyi qız övladını öldürmək məqsədilə yaşadığı 5-ci mərtəbədəki mənzilin pəncərəsindən yola atıb. Ağır xəsarətlər alan körpə hadisə yerində ölüb. Az sonra yoldan keçən şəxslər asfaltın üzərində körpənin meyitini aşkar edərək aidiyyatı üzrə məlumat veriblər.
Abşeron Rayon Məhkəməsinin hökmü ilə yenidoğulmuş körpəsini öldürən qadına 3 il müddətinə azadlığın məhdudlaşdırılması cəzası verilib. Onun üzərinə elektron nəzarət cihazı yerləşdirilib. Həmçinin təyin edilmiş vaxtlarda yaşadığı yeri tərk etməməsi, yaşayış yerini özbaşına dəyişməməsi kimi vəzifələr üzərinə qoyulub.

Badamdarda torpaq sürüşməsi təhlükəsi - VİDEO
Media və Yayım Şurası Fransadan idarə olunan "YouTube" kanalını ifşa edib
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO












