Kredit təşkilatı ölən şəxsi məhkəməyə verib - VİDEO

Kredit təşkilatı dünyasını dəyişən şəxsi məhkəməyə verib. Avtosfer.az-ın məlumatına görə, tragikomik hadisə Cəlilabadda baş verib. Rayonun Qarazəncir kənd sakini Fayas Bünyatov 2015-ci ildə bank olmayan kredit təşkilatından 1500 manat kredit götürüb. Oğlu Mirbağır Bünyatov da atasına zamin durub. Sənədləşmə zamanı kredit sığorta şirkəti tərəfindən sığortalanıb. Kreditin müəyyən hissəsi ödənildikdən sonra, 2016-cı ildə Fayas Bünyatov xəstəlikdən dünyasını dəyişib. Mərhumun oğlu ölüm haqqında şəhədətnaməni, eləcə də digər lazımi sənədləri kredit təşkilatına təqdim edib. Lakin bir müddət sonra məlum olub ki, kredit təşkilatı dünyasını dəyişmiş Fayas Bünyatovu məhkəməyə vərib. Hətta bununla bağlı mərhumun evinə məhkəmədən bildiriş də göndərilib.
Lakin sonradan müəyyən dəyişikliklər aparılaraq krədit borcu ödənilmədiyi üçün mərhumun oğlu, eləcə də zamini Mirbağır Bünyatov məhkəməyə verilib. Kredit təşkilatı isə mərhumun qalan 552 manatlıq borcunu zaminə ödətdirməkdə israrlıdlır. Mirbağır Bünyatov isə qalıq borcun sığorta təşkilatı tərəfindən ödənilməli olduğunu deyir.
Məsələ ilə bağlı kredit təşkilatından bildirildi ki, onlar mövcud sənədləri sözügedən sığorta şirkətinə göndəriblər. Lakin hələ ki, naməlum səbəbdən sığorta təşkilatı ödənişi həyata kəçirmir. Qurumdan o da bildirildi ki, mövcud problem hazırda 10-dan artıq müştəri ilə yaşanır. Məsələ ilə bağlı sığorta şirkətinin də mövqeyini öyrənməyə çalışdıq, lakin zənglərə cavab verən olmadı.
Azərbaycana gətirilən bu yağlarda təhlükəli maddə AŞKARLANDI
Bakının bir sıra küçələrində hərəkət MÜVƏQQƏTİ MƏHDUDLAŞDIRILACAQ
Samuxda qarayara xəstəliyi təsdiqləndi – Nazirlikdən AÇIQLAMA
Kəlbəcərdə mina partlayışı baş verib, xəsarət alan var
Prezident bu qanunu təsdiqlədi
Bakı–Ağstafa–Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin olundu
Həbsdə olan Elman Paşayevin 36 milyonluq maşını hərraca çıxarıldı - FOTO
Xocavənddə mina partlayışı zamanı xəsarət alanlar hospitalizasiya olunub - YENİLƏNİB
Nazir müşavirinə yeni VƏZİFƏ VERİLDİ
“David Selivestrov”un vəkili SENSASİON AÇIQLAMALAR VERDİ - Bayıldakı ofis fəaliyyətini dayandırdı - FOTO
Jalə Bədirovaya yüksək vəzifə VERİLDİ










